“Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq” – MÜSAHİBƏ
Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkonun APA-ya müsahibəsi
- Rusiya-Azərbaycan münasibətlərinin indiki mərhələsini necə şərh edərdiniz?
- Rusiya-Azərbaycan münasibətlər stabildir. Asan həllini tapan və həlli bir qədər uzanan problemlər var. Lakin hesab edirəm ki, həlli uzanan problemlərdə razılıq əldə olunacaq. Qəbələ RLS-in icarə haqqı ilə bağlı iki ölkə arasında yaranan problemə gəldikdə isə, demək istəyirəm ki, bu problem də həll olunacaq. Bunun geci-tezi var. Bu cür problem Rusiya üçün ilk dəfə yaranmır. Tacikistanla da belə problem yaranmışdı. Tacikistandakı Rusiya hərbi bazası ilə bağlı problem uzun müddət çəkməsinə baxmayaraq, həll olundu. Qəbələ RLS-lə əlaqədar problemi fəlakətə çevirmək lazım deyil. Burada əsas problem kommersiya ilə əlaqəlidir. Hesab edirəm ki, Azərbaycanla Rusiya ortaq məxrəcə gələcəklər. İki ölkə üçün də güzəşt tapılacaq. Buna görə Rusiya üçün də Azərbaycanla münasibətləri korlamaq sərfəli deyil.
- Rusiyanın Azərbaycanı “EvrAzes”ə qatmaq cəhdini necə qiymətləndirirsiniz?
- “EvrAzes” ikitərəfli Rusiya-Qazaxıstan birliyidir. Bunu birlik təşkilatı adlandırmaq olmaz. Heç bir dövlət bu təşkilata qoşulmaq istəmir və bu təşkilata ciddi yanaşmır. Bir halda ki, təşkilata Abxaziyanın qoşulmasını müzakirə edirlər, burada ciddilikdən söhbət gedə bilməz. Hətta Qazaxıstan prezidenti Nazarbayev bu təşkilatın ancaq texniki tərəflərindən danışır. Heç kəsin bu təşkilata qoşulmaq istəyi yoxdur. Hətta Ermənistanın belə...
- Keçən ayın əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının cəbhə xəttində gərginlik yaşanmışdı və bu gərginlik hələ də davam edir. Qafqazda yeni müharibənin başlaması ehtimalı nə qədərdir?
- Hesab edirəm ki, müharibənin başlanma ehtimalı sıfıra bərabərdir. Bunun birinci səbəbi odur ki, müharibə heç kəsə sərf eləmir. İkinci səbəb isə müharibəni kiminsə udmağına icazə verilməyəcək. Hal-hazırda iki ölkə sərhədində baş verən gərginlik danışıqlar vasitəsilə tənzimlənə bilər, lakin müharibə başlasa, danışıqlar vasitəsilə bunun qarşısını almaq mümkün olmayacaq. Ona görə də, indiki vəziyyətdə müharibə mənasızdır. Vaxtaşırı cəbhə xəttində gərginliyin artması faktının özü isə ona işarə edir ki, iki ölkə arasında problem böyükdür və bu, həll olunmalıdır.
- Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı təqdirdə Rusiya və Türkiyə özünü necə aparacaq?
- Bir çoxları fikirləşir ki, müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək. Hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və s... Qətiyyən belə deyil. Rusiya heç kimi dəstəkləməyəcək. Ona görə ki, Dağlıq Qarabağ müharibəsi başlayacağı təqdirdə Rusiyanın tərəf tutmaq hüququ yoxdur. Rusiya tərəf tutsa, təkcə tərəflərdən birini itirməyəcək, onun itirəcəyi çox olacaq. Ona görə də, Rusiya problem ətrafında intriqa aparacaq. Çünki kimisə müdafiə etmək ağılsızlıq olar.
Fikrimcə, Türkiyə də müharibənin başlanmasını istəmir. Lakin açıq-aydın məlumdur ki, Türkiyə Azərbaycanı dəstəkləyəcək. Bu, birmənalı faktdır. ABŞ, Avropa və İran faktorunu da nəzərə almaq lazımdır. Qafqazda yeni müharibənin başlanmasında heç kəs maraqlı deyil.
- Ötən ay ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri baş tutdu. Azərbaycanla Ermənistan sərhədində gərginliyin yaşanması həmin vaxta təsadüf etdi. Bəzi siyasi ekspertlər bunun təsadüf olmadığını söyləyirlər. Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Qərbin razılığı ilə ciddi şəkildə pozulduğu iddia olunur...
- Qətiyyən belə deyil. Heç kəs Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasına razılıq verməyib. O cümlədən ABŞ. Çünki ABŞ müharibənin başlanmasında maraqlı deyil. ABŞ-ın hələ Əfqanıstan, İraq, Suriya və nəhayət, İran problemi var. Dövlət katibinin regiona səfəri isə ABŞ-ın regionda söz sahibi olmasına işarədir. ABŞ göstərmək istəyir ki, dünya nəhəngi olaraq regiona böyük təsir qüvvəsinə malikdir. Müharibənin başlanmasına razılıq vermək və ya tərəflərdən birini dəstəkləmək fikirləri ciddi deyil.
- Qərbin İran məsələsinə yanaşması haqda nə deyə bilərsiniz?
- İranla bağlı vəziyyət çox bərbaddır. İran Rusiya və Çinin dəstəyini alması ilə bağlı spekulyasiyalar aparır, dünya dövlətlərinin onlardan yavaş-yavaş çəkindiyini iddia edir. Nüvə silahına malik olmaq İranın milli ideyasıdır. Onların ən böyük arzularından biri budur. Əminəm ki, İran nüvə silahı əldə etsə, həmin silahı harasa tətbiq etməyəcək. Lakin dünyada balans pozulacaq. Bu gün İran nüvə silahı əldə edəcəksə, sabah Səudiyyə Ərəbistanı, Misir, o biri gün bir başqası... İsrailin isə artıq nüvə silahı var. Ona görə də, bu, dünyada mövcud vəziyyəti dəyişdirəcək. Əvvəl-axır nüvə silahı arzuolunmaz şəxsin əlinə keçəcək. Hesab edirəm ki, Xəzər regionunda ikinci bir dövlətin nüvə silahı əldə etməsi heç kəsə lazım deyil.
- Son vaxtlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsini necə dəyərləndirirsiniz?
- Bəli, gərginlik mövcuddur. Lakin bu gərginlik tərəflərin heç birinə sərf eləmir, nə İrana, nə də Azərbaycana... İran və Azərbaycan ümumi tarixi olan ölkələrdir. Lakin Azərbaycan artıq yaxşı mənada müasir Avropa ölkəsinə çevrilib. İranın isə Azərbaycan barədə ambisiyaları mövcuddur. Bu, hər zaman olub, bundan sonra da olacaq. Hesab edirəm ki, İranın xarici siyasəti daxilə hesablanıb. Yəni onlar öz cəmiyyətlərinə sübut eləmək istəyirlər ki, İran nəhəng ölkədir və regiona təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası əhalisinin çox hissəsi azərbaycanlılardan ibarət olan İran üçün hər zaman təhlükəli ölkədir. İranda daxili gərginlik artanda və daxildə qarşıdurma yarandıqda çoxlu sayda azərbaycanlı qaçqın Azərbaycana üz tutacaq. Bu da yeni konfliktə səbəb olacaq. Ona görə də, indiki vəziyyətdə İranı Azərbaycan üçün yaxşı qonşu adlandırmaq olmaz.
- Suriyada baş verənləri necə şərh edərdiniz? Problemin sülh yolu ilə həlli mümkün olacaqmı?
- Hesab edirəm ki, Suriya münaqişəsində tərəflər artıq dalana dirənib. Amma onu deyə bilərəm ki, Bəşər Əsəd hakimiyyətdən gedəcək. Bu, açıq-aydın məlumdur. Lakin onun necə və nə vaxt gedəcəyi məlum deyil. Əsas məsələ Suriyada böyük vətəndaş müharibəsinin olmamasıdır. Ən optimal variant Bəşər Əsədin Moskvaya gəlməsidir. Rusiya çox gözəl bilir ki, Əsəd əvvəl-axır hakimiyyətdən gedəcək. Fikrimcə, Rusiya Bəşər Əsədə siyasi sığınacaq verməlidir. Çünki Bəşər Əsəd Rusiyanın adamıdır, rəsmi Moskva hər zaman onu dəstəkləyib. Rusiya Əsədə siyasi sığınacaq verməklə dünyaya sübut etməlidir ki, öz tərəfdaşlarını darda qoymur.
- Bu, Rusiyanın Suriyanı itirməsi anlamına gəlmirmi?
- Rusiya bütün hallarda Suriyanı çoxdan itirib. Rusiya nəinki Suriyanı, ümumiyyətlə, Yaxın Şərqi itirib. İraqı, Liviyanı, Misiri, Yəməni... Rusiyaya nə lazım idi, onu itirib. Bəşər Əsəd Rusiyanın Yaxın Şərqdə sonuncu varisi idi. Bu varislik sovet dövründən davam edirdi, indi isə sona çatır. Əsəddən sonra Rusiya üçün problemlər yaranacaq. Suriya ilə hərbi sahədə əməkdaşlıq, Tartusdakı hərbi baza və s. ilə bağlı böyük problemlər yaranacaq. Rusiya üçün Əsədi idarə edə bilməmək də təhlükəlidir. Ümumiyyətlə, Rusiyanın İraqda Səddamla, Liviyada Qəddafi ilə bağlı siyasəti səhv idi. Ona görə də Rusiya həmin ölkələri itirdi.

739