Müşfiq Abbasov həbs edildi  - YENİLƏNİB
23 fevral 2026 18:30 (UTC +04:00)

Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB

0

Müşfiq Abbasovun ittihamı məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin fevralın 23-dəki qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

***

saat 17:47

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar