İranda dərslər başladı, millətimizə yenə yad dil öyrədilir...
Hər dərs ilinin başlanğıcında İranda yaşayan millətimizin ana dili dərdi də təzələnir. Güney Azərbaycan türklərinin ən adi insan haqqı, ana dilində təhsil almaq hüquq təmin edilmir. İran İslam Respublikası ötən bir il ərzində Güney Azərbaycan türklərinə münasibətdə panfarsçı düşüncədən əl çəkməyib, onu daha da sərtləşdirib.
İki ay öncə Güney Azərbaycanın Məlikkəndi (Mələkan) şəhərinin iş adamları və mağaza sahibləri iş yerlərinə türkcə ad qoyduqları üçün hakimiyyətin təzyiqinə məruz qalıblar. Həmin iş adamları təhlükəsizlik idarəsinə çağırılıb və onlara iş yerlərinin adlarının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq ediliblər.
Belə iş adamları hakimiyyətin bu sayaq ədalətsizliyinə qarşı müqavimət göstərsələr də, onların bu cəhdləri çox zaman uğursuzluğa düçar olur. Məcburi olaraq dəyişdirilən adlara örnək olaraq, bunları göstərmək olar: «Axarsu» kafesi, «Qara dəniz» yeməkxanası, «Yağlı çörək çörəkxanası», «Yaşa mağazası», «Dəniz» yeməkxanası və b.
İran Mədəniyyət və İslam İrşad Nazirliyinin Qərbi Azərbaycandakı idarəsinin Qərbaldust adına zalında keçirilmiş toplantıda höccətülislam Məhəmmədbağır Kərimi də bu məsələyə toxunaraq demişdi: «Bəzi dükan yiyələri və iş adamları Qərb mədəniyyətindən ilham alaraq, iş yerlərinə yabançı dildə (türk dilini nəzərdə tutur - S.S.) ad qoymaqla kifayətlənməyib, öz iş yerlərində əcnəbilərə aid filmlər də nümayiş etdirirlər. Onlar bu davranışı ilə cəmiyyətdə xoşagəlməz psixoloji mühit yaradırlar».
O, belə iş adamları və dükan yiyələrini hədələyərək deyib ki, onlar «əməllərini təkrarlayacaqları halda daha sərt tədbir görüləcək».
Öz yurdunda oğul-qızına ana dilində ad qoymaq yasaq, öz mülkünə türkcə ad verilməsi qadağa…
İndi dünyanın hansı çağıdır? İran hakimiyyətinin bəyənməyib, «islamın düşməni» elan etdiyi qərb dövlətləri Mars planetinə qurğu göndərir, Günəş sistemindən kənarda yeni-yeni «günəşlər» aşkarlayır. Ancaq 30 milyondan çox bir millətin 6 yaşlı oğul-qızları hələ də ana dili yerinə, «zəbane-maderi» öyrənməyə məcbur edilir.
Ana dilini bilməyən, bu dildə təhsil alması yasaqlanan 6-15 yaşlı bir məktəbli ona bu qadağaları tətbiq edənlərin danışdıqlarının doğru olduğunu qəbul edərmi?
Yeni dərs ili başlamazdan bir neçə gün öncə İran informasiya vasitələri ölkənin bütün orta məktəblərində namazın məcburi olacağı haqda xəbər yayıb. Bunu Təhsil Nazirliyinin orta məktəblər üzrə bölməsinin rəhbəri Mənuçehr Fəzli-Xani açıqlayıb: «Yeni dərs ilindən namaza xüsusi önəm veriləcək, məktəblərdə hər gün şagirdlər üçün namaz zəngi çalınacaq. Bütün orta məktəblərdə namaz zəngi icbari olacaq. Bütün məktəb direktorları şagirdlərin namaz qılması üçün hər gün 20 dəqiqə vaxt ayırmalı, müəllimlərlə şagirdlər həmin vaxtda namaz qılmalıdırlar. Biz bu məsələni ciddi şəkildə nəzarət altında saxlayacaq, proqramın həyata keçirilməsini təmin edəcəyik. Ümid edirik ki, namaz zəngi çalınanda bütün şagirdlər namazlarını qılacaqlar. Bununla da cəmiyyətdə namaz mədəniyyətinin yayılmasına şahid olacağıq».
Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməyə çalışan, habelə ölkəmizdə qarışıqlığın yaranmasında maraqlı olan Tehran hakimiyyəti indi də güneli-quzeyli Azərbaycan türklərini üz-üzə qoymaq niyyətindədir.
Ötən həftənin sonunda Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Bu tədbirin iştirakçıları yeniyetmə, baş verənlərdən xəbərsiz yeniyetmə azərbaycanlı qızlar və İran İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan, yarım hərbi dəstə, bəsiclər olub.
Tehran hakimiyyəti güney azərbaycanlı məktəblilərə ana dilini yasaqladığı halda onları quzeydəki soydaşlarına qarşı qoymaqdan belə çəkinmir. Bir neçə ay öncə bir qrup yeniyetmədən Azərbaycan hakimiyyətinə təzyiqlər etməyə çalışıb. Onlar əllərində «Hicaba azadlıq!» və s. şüarlar yazılmış plakatlar tutdururlar.
Tehran hakimiyyətinin ana dilində təhsildən məhrum etdiyi, milli varlığını dandığı bu yeniyetmə azərbaycanlı qızlar İran İslam Respublikasının və fars şovinizminin hiyləsindən xəbərsiz çirkin «oyunlara» cəlb edilirlər.
Yeri gəlmişkən, bu həmin Azərbaycandır ki, SSRİ kimi qəddar bir ateist dövlətdə dinini qoruyub saxlamağı bacarıb. Həmin ağır günlərdə nə İran İslam Respublikası, nə Səudiyyə Ərəbistanı, nə də indi Azərbaycan vətəndaşlarına «dini təhsil verməyə çalışanlar» yox idi.
Tehran hakimiyyəti oxşar oyunu Azərbaycan Respublikasında da oynamağa çalışır.
Ölkəmizdə dini ayinlərin icrası ilə bağlı (məsələn, Ramazan ayının başlaması və başa çatması) fitva vermək qabiliyyətində olmayanlar özlərini islamın «qoruyucusu» kimi göstərməyə cəhd göstərirlər.
Sədrəddin Soltan

465