Amerikalı analitik: “Azərbaycanın qaz ixracatçısı kimi Avropada mövqeyi möhkəmlənəcək”
14 sentyabr 2011 11:40 (UTC +04:00)

Amerikalı analitik: “Azərbaycanın qaz ixracatçısı kimi Avropada mövqeyi möhkəmlənəcək”

Bu barədə APA-nın Vaşinqton müxbiri məlumat verir. Mərkəzin Araşdırmalar Xidmətinin rəhbəri Qaret Uinrou bildirir ki, Abşeron offşor blokunda tapılmış qaz ehtiyatları “Cənub qaz dəhlizi”nin perspektivlərini genişləndirir.

“Total” şirkətinin Azərbaycanda fəaliyyəti daha da genişlənə bilər və Abşeronda qazanılmış təcrübə şirkətə istənilən offşor qaz yatağının tədqiqinə kömək edər. Enerji şirkətləri Xəzər dənizinin Türkmənistan sektorundakı offşor strukturlarına yenidən maraq göstərə bilərlər ki, bu da “Cənub dəhlizi” ilə daha çox qaz ötürülməsinə səbəb olar”, deyə analitik bildirir.

Şirkət xatırladır ki, yeni blokda 350 milyard kubmetr təbii qaz və 45 milyon ton qaz kondensatının olduğu güman edilir. Bu tapıntı “Total”ın Azərbaycandakı fəaliyyətini möhkəmləndirəcək və Azərbaycanın lider qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaq.

“Abşerondakı yatağın kəşfindən əvvəl Azərbaycanın energetika sahəsinə məsul şəxslər 2020-2025-ci illərdə hər il 25-30 milyard kubmetr qazın ixracı barədə danışıq aparırdılar. Bu kəşf isə “Nabucco” layihəsinin və daha kiçik qaz kəməri layihələrinin perspektivlərini artırır. Sentyabrın 12-də Avropa Komissiyasına Azərbaycan və Türkmənistan rəsmiləri ilə Transxəzər layihəsi ilə bağlı danışıq aparmaq səlahiyyəti verildikdən sonra perspektivlərin daha da artacağı gözlənilir. Bu, Türkmənistan qazının “Cənub dəhlizi” vasitəsilə Avropaya ötürülməsinə imkan yaradacaq”.

Belə fikirləşirik ki, son hadisələr enerji şirkətlərinin Xəzər dənizinin Türkmənistan sektorunda offşor qaz yataqlarının işlənməsi haqqında Aşqabad rəsmiləri ilə bağlanan sazişlərə marağını daha da artıracaq”.

Tədqiqatçı əlavə edib ki, “Şevron” kimi şirkətlər Türkmənistandakı quru yataqlarına daha çox maraq göstəriblər, amma Aşqabad rejimi onları dəniz yataqlarına yönləndirib.

“Bir sıra şirkətlər, o cümlədən “Şevron”, ConocoPhillips və Exxonmobil indi offşor yataqlarında işləməyə həvəslənə bilərlər. Məsələn, ConocoPhillips Xəzər dənizinin Qazaxıstan sektorundakı fəaliyyətini qonşu Türkmən offşor blokundakı işləri ilə birləşdirmək ümidindədir”.

“Fikrimizcə, Xəzər dənizində perspektivlər daha vəd verici görünür. Yeni qaz yatağının kəşfi Azərbaycan və Türkiyə arasında tranzit sazişi ilə bağlı danışıqları sürətləndirə bilər”.

Amma “Sidar” mərkəzinin tədqiqatçıları Abşeron yatağının işlənməsində gecikmələrin və problemlərin olacağını da istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar