Siyasətçilərin Sərkisyanın bəyanatı haqda fikirləri – SORĞU
APA-nın Azərbaycanın siyasi partiyalarının nümayəndələri, ekspertləri və millət vəkilləri arasında keçirdiyi sorğuda belə fikir ifadə olunub.
Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, başqa vaxt digər ölkələrin rəhbərlərinin verdiyi bu tip bəyanatlara anında reaksiya verən beynəlxalq təşkilatlar bu məsələyə iki gün ərzində heç bir münasibət bildirməyib. Ermənistan prezidentinin bu açıqlamalarının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu deyən millət vəkilinin sözlərinə görə, bununla Sərkisyan açıq-aşkar Azərbaycan torpaqlarını işğal elədiklərini etiraf edib: “İkincisi isə o, gələcək nəsillərə də bu işğalçılıq siyasətini Türkiyəyə doğru genişləndirməyi tövsiyə edir. Ermənistan prezidentinin bu açıqlamalarına BMT, ATƏT, ATƏT-in Minsk Qrupu və digər təşkilatların məsələyə reaksiya verməməsi ciddi narahatçılıq doğurur. Ermənistan prezidentinin bu açıqlamaları tənqid edilməklə yanaşı Sərkisyandan bu açıqlamalarına görə üzr istəməsi tələb olunmalıdır. Azərbaycan nümayəndə heyəti bununla bağlı məsələni AŞPA-nın payız sessiyasında qaldıracaq”.
Serj Sərkisyandan bundan fərqli açıqlama gözləmədiyini deyən politoloq Vəfa Quluzadə Ermənistanı «əlləri bağlı dövlət», S. Sərkisyanı isə «xuliqan» adlandırıb: «Bu əsir adamın «xuliqan» çıxışıdır. Belə bir çıxışı səsləndirməyi ona Moskva əmr edib. Çünki Ermənistan Rusiyanın bir quberniyasıdır. Sərkisyan müstəqil dövlət başçısı deyil. O bu çıxışla özünə sillə vurur, Ermənistan-Türkiyə əlaqələrinin yaxşılaşmasını istəmədiyini göstərir».
Sərkisyanın açıqlamasının Ermənistanın işğalçılıq siyasətinin bariz nümunəsi olduğunu deyən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəninsözlərinə görə, bu eyni zamanda rəsmi İrəvanın işğalçı siyasəti davam etdirəcəyini göstərir. Millət vəkili hesab edir ki, Azərbaycan ərazilərini işğal etməklə kifayətlənməyən ermənilər artıq Gürcüstan və Türkiyəyə qarşı ərazi iddialarını yeni mərhələyə keçirmək, imkan olan məqamlarda bu siyasəti gerçəkləşdirmək istəyirlər: “Fikrimcə, dünyanın diqqətini bu açıqlamaya yönəltmək lazımdır. Ən əsası isə Minsk Qrupunun həmsədrlərini bu məsələyə cəlb etmək gərəkdir. Çünki ermənilər artıq Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilmək istəmir, əksinə digər ölkələrə ərazi iddiaları yürüdürlər”.
“Sərkisyanın bu cür ərazi iddiaları Ermənistanın bir dövlət kimi Qafqazda mövcudluğunu təhlükəyə salır”.
Bunu isə APA-ya açıqlamasında Ermənistan prezidentinin son açıqlamasını şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
“Sərkisyan deyir ki, Qarabağı biz aldıq. Amma hamıya məlumdur ki, bu əraziləri Rusiya qoşunları işğal edib. Bunu əlində rəhbər tutub, belə demaqoq çıxış etmək, özünün cinayətkar hərəkətlərinə erməni xalqını şərik etmək üçün gələcək nəslə etdiyi tövsiyə onu göstərir ki, Sərkisyan kimilər cəzalanmayana qədər bu cür təhlükəli tendensiyaların qarşısını almaq mümkün olmayacaq”, - deyə ADP sədri vurğulayıb.
S. Cəlaloğlunun sözlərinə görə, Sərkisyanın belə arxayın çıxışlarının ardında Rusiyanın dayanması müşahidə olunur: “Bu hansısa başdanxarab cinayətkarın bəyanatı deyil. Çox ciddi, siyasi və beynəlxalq hüquq normalarına zidd bəyanatdır. Buna beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu bu məsələyə ciddi qiymət verməlidir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli isə hesab edir ki, Sərkisyanın bu bəyanatı onun siyasi vəziyyətinin yaxşı olmadığını göstərir: “Çünki son zamanlarda Ermənistanda müxalifət fəallaşıb. Diasporun Ermənistanda hakimiyyəti dəyişmə planlarının olması hiss edilməkdədir. Belə olan halda Sərkisyan bu cür bəyanatlarla özünə qarşı ictimai rəyi dəyişməyə və özünü reabilitasiya etməyə çalışır”.
AXCP rəsmisi deyir ki, bununla bağlı beynəlxalq təşkilatlar müvafiq tədbir görməli və hərəkətə keçməlidirlər.
“Serj Sərkisyanın Qarabağı işğal etməsini etiraf etməsi və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi bir daha təcavüzkar dövlətin mahiyyətini göstərir. Bu, o deməkdir ki, Ermənistan öz işğalçılıq siyasətindən dönmək fikrində deyil”.
APA-nın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı deyib.
M. İbrahimqızı bildirib ki, beynəlxalq birlik S. Sərkisyanın bu mövqeyinə münasibət bildirməlidir: “ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin intensiv xarakter aldığı bir vaxtda Sərkisyanın bu bəyanatı sülh prosesinə zərbədir. Bununla da, o etiraf edir ki, rəsmi İrəvan sülhün əldə olunmasına maraqlı deyil. Bu bəyanata heç cür haqq qazandırmaq mümkün deyil və beynəlxalq hüquq prinsipləri ilə yanaşsaq, hətta bu mövqedə cinayət tərkibi də var. Ümumiyyətlə, Sərkisyanın bu bəyanatı təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə dünya ictimaiyyətinə qarşı yönəlib. Çünki sülhə və təhlükəsizliyə qarşı olan təhdidlər bəşəri xarakter daşıyır”.
Hakim partiya təmsilçisinin fikrincə, Sərkisyanın mövqeyi həm də Türkiyə üçün ciddi mesajdır: “Çünki Türkiyənin müxtəlif dairələrində Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətləri bərpa etməyin tərəfdarları var. Ermənistan prezidentinin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməsi Türkiyə cəmiyyətini bir daha düşünməyə vadar etməlidir”.

437