Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Komissiyasına etiraz etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatının (dördüncü monitorinq dövrü) “Dini qruplar” bölməsi ilə bağlı açıqlama yayıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lentöaz-a verilən məlumata görə, açıqlama qeyd olunur ki, Komissiyanın sonuncu hesabatının “Dini qruplar” bölməsində bir sıra müsbət amillər öz əksini tapıb.
Sənəddə bildirilir ki, Azərbaycanda ən məşhur dini qruplar (xüsusilə qeydiyyatdan keçmiş müsəlman və yəhudi icmaları, o cümlədən ortodoks və katolik kilsələri) öz dini azadlıqlarından istifadə edərkən hər hansı çətinliklə üzləşmirlər. Sənəddəki rəqəmlər obyektivliyə yaxın olsa da, bəzi məqamların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən verildiyi açıq-aşkar görünür. İcmalda göstərilir ki, guya bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər olunur.
Dövlət Komitəsi birmənalı şəkildə bəyan edir ki, ölkəmizdə din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlətimizin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər öz müsbət bəhrələrini verməkdədir. Eyni zamanda dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır: “Hesabatda iddia olunur ki, guya hökumət arzuolunmaz dini qurumlara qarşı qeydiyyatdan keçmə prosesindən istifadə edir. Halbuki “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. Qeydiyyat üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir. 2009-cu ilin sentyabr ayından müvafiq qanunvericiliyə əsasən, dini qurumların yenidən qeydiyyatı prosesi başlamışdır və proses davam edir. Dövlət Komitəsi bir daha bildirir ki, dini qurumların qeydiyyatdan keçmə proseduru olduqca sadədir və şəffaflıq prinsiplərinə əsaslanır”.
Dövlət Komitəsi nəzərə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq indiyədək 30 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib. Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir. Əvvəllər qeydiyyata alınmış, lakin yenidən qeydiyyatdan keçmələrindən imtina edilmiş dini icmalar imtinaya səbəb olmuş nöqsanları aradan qaldıraraq bir daha Dövlət Komitəsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dini icmalar təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın istəyi, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. İndiyədək bir neçə dini icma təsisçilərinin qərarı ilə ləğv edilib. 2009-cu ilin sentyabr ayından, yəni yenidən qeydiyyat prosesinə başlanılandan sonra heç bir dini icma məhkəmənin qərarı ilə ləğv olunmayıb. Yenidən qeydiyyatla əlaqədar məhkəmə proseslərinin hamısı dini icmaların təşəbbüsü ilə keçirilir: “Hesabatda bildirilir ki, yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların hüquqi vəziyyəti qeyri-müəyyəndir. Halbuki, bu məsələdə hər hansı qeyri-müəyyənlikdən söhbət gedə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların əvvəlki şəhadətnamələri qüvvədədir”.
Dövlət Komitəsi icmalda qeyd edilmiş digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar bildirib ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil: “Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və dini etiqadından asılı olmayaraq, qanunu pozan şəxsin cəzalandırılması labüddir. Ölkə qanunvericiliyi dini inancından asılı olmayaraq, şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyini bəyan edir. Eyni zamand qanunvericilikdə bəyan edilb ki, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdirlər. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz”.
Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, onların istehsalına və idxalına nəzarəti həyata keçirir. Zərərli dini ədəbiyyatın, yəni dinlərarası və konfessiyalararası qarşıdurma yaratmağa, dini ekstremizmi və qeyri-humanist ideyaları yaymağa, başqa dinlərə qarşı dözümsüzlüyü təbliğ etməyə, eləcə də dini durumu gərginləşdirməyə xidmət edən dini ədəbiyyatın ölkəyə idxal edilməsinin və yayılmasının qarşısı alınır. Dinşünaslıq ekspertizası ilə dini sahədə hərtərəfli dərin bilikləri olan ixtisaslı mütəxəssislər məşğuldurlar. Bu işlərin görülməsi təbii prosesdir və şaffaf şəkildə aparılır. Vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, eləcə də ölkədə tarixən mövcud olmuş tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir.
Dövlət Komitəsi bəyan edir ki, ümumiyyətlə, hesabatın təhlili təəssüf hissi ilə deməyə əsas verir ki, bəzi informasiyalar etibarlı olmayan mənbələrdən alınıb, dəqiqləşdirilməyib və dərindən yoxlanılmadan sənədə daxil edilib: “İcmalın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlili, konkret faktlar əvəzinə, yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb. Bir sözlə, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sənədi hazırlayanlara gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün hər cür əməkdaşlığa hazır olduğunu bildirir”.

488