“Azərbaycan neftinin 40 faizi İtaliyaya ixrac olunur” – MÜSAHİBƏ
İtaliyanın Azərbaycandakı səfiri Mario Baldinin APA-ya müsahibəsi
- Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsinin necə qiymətləndirirsiniz?
- İtaliya və Azərbaycanın dərin dostluq telləri, əməkdaşlıq və əhəmiyyətli iqtisadi tərəfdaşlıq birləşdirir. Diplomatik münasibətlər qurduqdan sonra ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli səviyyədə dialoq ucun daha geniş imkanlar yaranıb. Mədəniyyət sahəsində əməkdaşlıq, həmçinin insanlar arasında əlaqələr də yaxşı inkişaf edir. Azərbaycanlılar İtaliyanı, italyan həyat tərzini sevirlər. Ölkələrimiz, həyat tərzimiz arasında inanılmaz dərəcədə ümumi oxşarlıqlar mövcuddur. İl yarım əvvəl ailəmlə Moskvadan Bakıya gələrkən ilk sezdiyimiz bu olub. İstənilən yer mənə İtaliyanı, xüsusilə doğulduğum İtaliyanın cənubunu xatırladır. İcərişəhərin dar küçələri, isti yay aylarında bulvarda gəzən ailələr, məhəllədə futbol oynayan uşaqlar, bir-birini balkondan səsləyən, söhbətləşən analar... Təmiz hava udmaq ucun stullarını küçəyə çıxaran qocalar, içərisində hər şey tapa biləcəyiniz mikroskopik mağazalar. Hətta Bakıda maşın sürmək üsulu da mənə İtaliyanın cənubunu xatırladır. Bu, çox təəccüblüdür.
- Azərbaycanla İtaliya arasında energetika sahəsində əməkdaşlıq necə inkişaf edir? İTGİ layihəsinin reallaşdırılması hansı səviyyədədir?
- İstehlakçı ölkə olaraq bizə istehlak səviyyəsini saxlamaq və rəqabətə davamlı qiymətlər əldə etmək ucun enerji nəqlini diversifikasiya etmək vacibdir. Bu günədək əsasən Azərbaycandan neft idxal edirdik. Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunan neft sayəsində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib. Azərbaycanda hasil olunan neftin 40 faizi bizim ölkəmizə ixrac olunur. Bu biznesin miqyası barədə təsəvvür formalaşdırmaq ucun rəqəmləri açıqlayım. 2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard avro, bu ilin ilk iki ayı ərzində isə 1,1 milyard avro təşkil edib. Bu, əsasən, Azərbaycandan xam neft idxalı sayəsində baş tutub. Biz həmçinin ətraf mühitin dostu olaraq energetika bazarının gələcəyini təşkil edən mavi yanacaq almaq arzusundayıq. Buna görə də “Şahdəniz” yatağının ikinci fazası ilə bağlı prosesləri ciddi şəkildə izləyirik. “Edison” İtaliya-Fransa şirkəti artıq bütün hasil olunacaq mavi yanacağı almaq, onu yeni Interconnection Turkey-Greece-Italy (ITGI) kəməri ilə daşımaq ucun rəsmi təklif irəli sürüb. Hesab edirik ki, bu, gəlirli layihədir və bu layihənin azərbaycanlı həmkarlarımızla birgə icrasını səbirsizliklə gözləyirik. Ümumiləşdirilmiş şəkildə desək, enerji İtaliya-Azərbaycan münasibətlərini xarakterizə edən əsas sözdür. Lakin icazə verin, daha mühüm bir məqamı əlavə edim. Bu, ölkələrimiz arasında dostluğun “qidalandığı” enerjinin başqa bir novudur - mədəniyyətə hörməti və sevgini aşılayan, qarşılıqlı simpatiya doğuran, İtaliya ilə Azərbaycanı bir-birinə bağlayan qeyri-maddi enerji. Bu hisslər nə neftin qiymətindən, nə hökumətin tərkibindən, nə reallaşdırılan hansısa layihədən asılıdır. Bu, tərəfdaşlığımızın daha şəffaf və etibarlı əsasını təşkil edir və İtaliya ilə Azərbaycanın gələcək münasibətləri ucun optimizm yaradır.
- Azərbaycanda nə qədər İtaliya şirkəti fəaliyyət göstərir? Bu şirkətlər əsasən hansı sahələrdə çalışır?
- Azərbaycanda daimi tərkibdə işləyən uc əsas İtaliya şirkəti var. Bunlar Bakıda “Four Seasons” otelinin tikintisini başa çatdırmaqda olan CODEST şirkəti, offşor platformaların istismarında bp ilə birgə işləyən “Saipem” energetika şirkəti və Azərbaycanda yol tikintisi ilə məşğul olan “Todini” şirkətidir. Bu üç böyük şirkətdən başqa, Azərbaycanın kənd təsərrüfatı, yeyinti sənayesi, alternativ enerji mənbələri, interyerlərin dizaynı, moda, maşın avadanlığı sahələrində çalışan çoxlu sayda kiçik və orta italyan şirkətləri də var. Bununla belə, hələ də böyük və istifadə olunmamış potensial mövcuddur. İtaliya ötən il Azərbaycana cəmi 200 milyon avro dəyərində məhsul ixrac edib. Biz Azərbaycana daha çox italyan şirkətlərinin gəlməsini stimullaşdırmaq ucun bizim ticarət komissiyası ilə işi davam etdiririk. Rusiyada belə bir söz var: “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Eyni şeyi Azərbaycana da şamil etmək olar, çünki bura yaxşı infrastruktura malik, təhlükəsiz, stabil ölkədir. Ümidvaram ki, daha çox italyan şirkəti Azərbaycanda biznes quracaq.
- Yaxın zamanlarda İtaliya rəsmi şəxslərinin Azərbaycana səfəri planlaşdırılırmı? İtaliyanın xarici işlər naziri də ölkəmizə səfər etməyi nəzərdə tuturdu, amma səfər təxirə salındı. XİN başçısının səfəri ilin sonuna kimi baş tutacaqmı?
- İyun - bu mənada çox gərgin aydır. İyunun 2-də Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək ucun ölkəmizə səfər edəcək. Çox güman ki, sənaye və energetika naziri Natiq Əliyev bu ayın sonunda hökumətlərarası komissiyanın iclasına Azərbaycan tərəfdən sədrlik etmək və energetika sahəsində mühüm bir sazişi imzalamaq ucun Romaya gedəcək. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov az əvvəl İtaliyadan qayıdıb. O, səfər zamanı italyan həmkarı ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. İtalyan rəsmilərinin səfərlərinə gəldikdə, xarici işlər naziri Fanko Frattini bu il Azərbaycana səfər etmək niyyətindədir. Səfər bu ilin sentyabrında baş tutmalı idi, amma təxirə salındı. Bundan başqa, baş nazir Silvio Berluskoni də Bakıya səfər etmək vədini unutmayıb.
- İtaliyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi necədir?
- Biz ATƏT-in Minsk Qrupunun tərəflər arasında dialoq qurulmasına yönəlik səylərini tam şəkildə dəstəkləyirik. Avropa İttifaqının üzvü olan ölkə kimi, bizim məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh danışıqları yolu ilə həllinə dəstək verməkdir. Yeni kəşfə ehtiyac yoxdur. Mümkün sazişin bütün elementləri masa üzərindədir. Ədalətli həllə nail olmaq məqsədinə hesablanmış prosesi davam etdirmək lazımdır. Dovildə keçirilən “G-8” sammitində prezidentlər Obama, Medvedyev və Sarkozi bəyan etdilər ki, “status-kvo” uzun müddət davam edə bilməz. Azərbaycanda qaçqınlar düşərgəsinə baş çəkmiş istənilən şəxs bu nəticəyə gələ bilər. Mən o düşərgələrdə olmuşam, öz evlərini məcburi şəkildə tərk etmiş insanların iztirablarını ifadə etmək ucun söz tapa bilmirəm. Biz heç vaxt bunu unutmamalıyıq.

1251