“Sərhədlərin açılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır”
Piter Semnebi Türkiyə-Ermənistan sərhədlərinin açılacağına əmindir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Türkiyə və Ermənistan arasında imzalanan protokolların bu ölkələrin parlamentlərində ratifikasiya ediləcəyinə 100 faiz zəmanət verməyin mümkün olmadığını, ancaq özünün şəxsən buna əmin olduğunu söyləyib.
Lent.az-ın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, Piter Semnebi sərhədlərin açılmasının Ermənistan üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, Ermənistanla sərhədlərin açılması, diplomatik əlaqənin qurulması Türkiyənin də maraqlarına uyğundur, bu, Ankaranın qonşularına münasibətdə yeni siyasətinin bir nümunəsi olacaq.
Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin iki ayrı məsələ olduğunu deyən Piter Semnebi Azərbaycanın maraqları ilə bağlı məsələyə isə ironik münasibət bildirib: “Əlbəttə, Türkiyə Azərbaycanın maraqlarına diqqət yetirməli, azərbaycanlıların bu məsələyə necə reaksiya göstərməsinə, necə danışmalarına qulaq asmalıdır. Ancaq son nəticədə bu proses Türkiyənin maraqlarına uyğun başa çatmalıdır. Ermənistanla münasibətlərin normallaşması regionda təhlükəsizliyə və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29