“Gallup”un sorğusu: Azərbaycanda əhalinin 77 faizi hakimiyyətin fəaliyyətindən razıdır
ABŞ-ın nüfuzlu “Gallup” təşkilatı keçmiş SSRİ üzrə keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, nəticələri iyulun 31-də açıqlanmış sorğuda hər ölkədən 1000 nəfər iştirak edib. Respondentlərə ünvanlanmış “Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı” sualını Azərbaycanda əhalinin 77 faizi müsbət cavablandırıb. Sorğunun nəticələrinə görə Azərbaycan birinci yeri tutub.
Ukrayna əhalisinin cəmi 4 faizi, Litvada əhalinin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada isə 25 faizi ölkə rəhbərliyinin fəaliyyətindən razı qaldığını bildirib.
Qeyd edək ki, “Gallup” dünya üzrə insan resurslarını öyrənir və statistik araşdırma xidmətləri göstərir.

763