Azay Quliyev Praqa Forumunda çıxış etdi
Millət vəkili Azərbaycanda üçüncü sektorun vəziyyətini təhlil edib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil etdiyi Vətəndaş Cəmiyyəti Forumunda iştirak edir.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, eləcə də Avropa Birliyini təmsil edən 27 ölkə nümayəndələrinin qatıldığı bu Forumda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində mümkün olan gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilir.
Forumun bugünkü iclasında çıxış edən Azay Quliyev əsas diqqəti iki məsələyə yönəldib: Azərbaycandakı durum, aparılan islahatlar nəticəsində vətəndaş cəmiyyəti strukturlarının dövlət tərəfindən hərtərəfli dəstəklənməsi və qarşılıqlı inam və etimad əsasında əməkdaşlığın yaradılması.
A.Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin dövlət tərəfindən dəstəklənməsinin bariz nümunəsi olaraq yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurasının formalaşdırılma prinsipləri və fəaliyyəti haqqında Forum iştirakçılarına məlumat verib. O qeyd edib ki, Azərbaycanda tamamilə sərbəst və maneəsiz fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarla yanaşı, artıq ikinci dəfə ölkə QHT-lərinə kütləvi maliyyə yardımı göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının səyləri nəticəsində ictimai sektorda böyük canlanma yaranıb, vətəndaş cəmiyyəti institutlarının maddi-texniki bazası güclənib, ictimai fəallıq xeyli artıb. A.Quliyev Şuranın yaradılmasını region dövlətləri üçün qiymətli təcrübə örnəyi kimi dəyərləndirib.
Çıxışının ikinci hissəsini münaqişələrin həlli və əməkdaşlıq üçün qarşılıqlı inam və etimadın yaradılması məsələlərinə həsr edən A.Quliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü Forum iştirakçılarının nəzərinə bir daha çatdırıb. O deyib ki, bütün həyatı boyu qazandıqları hər şeyi itirmiş bu qaçqın və köçkünlərin mövcud durumunda yaxşılığa doğru ciddi dəyişikliklərin edilməyəcəyi təqdirdə, yəni Dağlıq Qarabağ və onun ətrafında 7 rayon işğaldan azad edilməyincə, qaçqın və köçkünlər öz daimi yaşayış yerlərinə qaytarılmayınca əməkdaşlığın mümkün perspektivləri haqqında danışmaq çətindir. A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün Azərbaycan dövlətinin artıq neçə illərdən bəri sərgilədiyi mövqeyi bir daha vurğulayaraq deyib ki, Dağlıq Qarabağda yaşayanların milli müqəddəratının təyin olunması yalnız Azərbaycanın dövlət suverenliyi ərazi bütövlüyü çərçivəsində mümkündür.
Bu fikirləri A.Quliyev, həmçinin, baş ofisi Praqa şəhərində yerləşən “Azadlıq” radiosuna bu gün verdiyi müsahibədə də vurğulayıb.

830