Ana kompüteri satmaq  istədi, uşaq özünü binadan atdı
13 sentyabr 2025 18:13 (UTC +04:00)

Ana kompüteri satmaq istədi, uşaq özünü binadan atdı

0

Rusiyada 6-cı sinif şagirdi anası onun noutbukunu satmaq istədiyi üçün özünü binadan atıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, ailənin maddi vəziyyəti çətin olduğu üçün qadın noutbuku satmaq istəyib.

O, noutbuku mağazaya apararaq əldə olunan pulla kirayə haqqını ödəmək istəyib. Orada o, adapteri evdə unutduğunu xatırlayıb və 13 yaşlı oğlundan onu gətirməsini xahiş edib. Uşaq xahişi yerinə yetirib, amma başqa adapter gətirib. Mağaza əməkdaşı noutbuku işə salıb yoxlaya bilmədiyi üçün onu almayıb.

Bu vəziyyət ananı çox əsəbiləşdirib və o, telefonla oğluna qışqırıb. Evə qayıdanda isə onu çoxmərtəbəli binanın qarşısında, yerdə uzanmış vəziyyətdə tapıb.

Həmin vaxt uşaq hələ də yaşayırmış. Dərhal oğlanı xəstəxanaya aparsalar da, o, gecə dünyasını dəyişib.

Hadisə ilə bağlı intihara sövqetmə maddəsi üzrə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar