Beyləqanda qəza - Bir nəfər yanaraq öldü -YENİLƏNİB
14 sentyabr 2025 09:42 (UTC +04:00)

Beyləqanda qəza - Bir nəfər yanaraq öldü-YENİLƏNİB

0

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 05.39

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və “BMW” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki,  “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 772

Oxşar yazılar