Naxçıvanda avtomobil aşıb, 2 nəfər xəsarət alıb
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində baş verib.
75-CB-211 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, 27 yaşlı Qələndərov Azər Asəf oğlu və sərnişin, 22 yaşlı Əliyeva Sevinc Hüseyn qızı yaralanıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.