Konstitusiya Məhkəməsində seçkinin nəticələrinə dair müzakirələr təxirə salındı
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
APA-nın əməkdaşı xəbər verir ki, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb.
Plenumun iclasını məhkəmə sədri Fərhad Abdullayev açıq elan edib. O, məhkəmə heyəti və katibini elan edib. Daha sonra isə sözü məruzəçi hakim Rafael Qvaladzeyə verib.
Məruzəçi hakim R. Qvaladze seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə də məlumat verib. Hakim həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov daxil olan bütün müraciətlərin diqqətlə araşdırılaraq müvafiq qərarlar qəbul edildiyini deyib. O, seçkinin təşkil olunması, namizədlərin qeydiyyata alınması, pulsuz efir vaxtının ayrılması, MSK-ya daxil olan müraciətlər və s. barədə məlumat verib. M. Pənahov dövlət və hökumət strukturlarının seçki prosesinə müdaxilə etməsi barədə iddiaların da əsassız olduğunu bildirib.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.
Digər çıxış edənlər - MSK sədrinin müavini Şaitdin Əliyev, MSK katibi Natiq Məmmədov da 7 noyabr seçkilərinin demokratik, azad və ədalətli keçirildiyini deyib.
F. Abdullayev bununla da, məhkəmə baxışının başa çatdığını deyib. O, məhkəmənin noyabrın 29-u saat 9.00-dək təxirə salındığını elan edib.
Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.
Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.
MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib.

527