Beynəlxalq konfrans bəyannamənin qəbulu ilə başa çatdı
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqram çərçivəsində Bakıda keçirilən “Neft və mədəniyyət – xalqın sərvəti kimi” birgə beynəlxalq elmi-praktiki konfrans başa çatıb. Lent.az-ın məlumatına görə, iki günlük konfransın sonunda iştirakçılar tərəfindən bəyannamə qəbul olunub.
Mədəniyyət və Turizm Nazirliyinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev bildirib ki, bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsində belə tədbirlərin mühüm rol oynadığını deyib. Eyni zamanda konfransı ölkə arasında təcrübə mübadiləsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirib: “Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün maraqlıdır. Biz təcrübəmizi bölüşməyə hazırıq. Sizin təcrübənizdən də bəhrələnməyə maraqlıyıq. İstərdik ki, analoji tədbirlər bir və ya iki il sonra Rusiyada keçirilsin”.
Nazir Milli Məclisin və Rusiya Dumasının qəbul olunmuş bəyannamə ilə tanış olacağına və oradakı məsləhətlərə diqqət yetirəcəyinə ümidvar olduğunu da deyib.
Rusiya Dövlət Dumasının mədəniyyət komitəsinin sədri Qriqoriy İvliyev konfransın mövzusunun vacibliyindən söhbət açıb.
Xəyalə

524