“Seçkiləri müşahidə etmək bir prosesdir” – MÜSAHİBƏ
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının rəhbəri Odri Qloverin APA-ya müsahibəsi
- Azərbaycanda seçkiqabağı situasiya ilə bağlı ilkin dəyərləndirməniz necədir?
- Hələ seçkilər rəsmən başlamazdan əvvəl burada bizim adamlarımız və namizədlərin qeydiyyatı prosesini izləyən, MSK ilə əlaqələri koordinasiya edən iki ekspertimiz vardı. Lakin müşahidələrimizin ilkin mərhələsində prosesə hansısa qiymət vermək hələlik tezdir.
Biz seçkilərə kimi iki aralıq hesabat dərc etməyi planlaşdırırıq, hesabatlarda seçki prosesinin gedişi və bizdə narahatlıq doğuran məqamlar öz əksini tapacaq. Seçkilərdən bir gün sonra keçirəcəyimiz mətbuat konfransında ilkin rəyimizin əks olunduğu bəyanatla çıxış edəcəyik. Seçkilərlə bağlı yekun hesabat isə iki ay sonra dərc olunacaq.
İyunda dərc olunan hesabatımızda kütləvi informasiya vasitələri ilə bağlı, seçki kampaniyası, seçicilərin seçmək hüququ, namizədlərin bərabər hüquqları, namizədlərə seçicilərlə görüşmək üçün şəraitin yaradılmasına dair məsələlər öz əksini tapmışdı. Biz bütün bu məsələləri diqqətlə müşahidə edəcəyik. Biz həmçinin namizədlərin və seçicilərin öz seçim etmək hüququnu necə reallaşdırdığını müşahidə edəcəyik.
Bizim missiya Azərbaycana seçkilərdən əvvəl gəlib və seçki prosesi başa çatdıqdan sonra bir neçə həftə burada qalacağıq. Bəlkə bizlərdən kimsə şikayətlərin verilməsi prosesini müşahidə etmək üçün Azərbaycanda daha uzun müddətə qaldı. Bu, şikayətlərin sayından asılı olacaq. Seçkiləri müşahidə etmək bir günlük iş deyil, bu, bir prosesdir. Əgər seçkiləri yalnız səsvermə günü müşahidə etsək, bu, seçki prosesinin ümumi mənzərəsi barədə tam rəy yarada bilməz.
- Regionlarda seçkiləri müşahidə edəcək 22 ekspert Azərbaycana gəlibmi və onlar konkret hansı bölgələrə göndəriləcək?
- Bəli, onlar sentyabrın 30-da gəliblər və bir gün sonra təlimatlandırılaraq əksər regionlara göndəriliblər. O cümlədən Naxçıvana 2 ekspert göndərmişik. Ekspertlər seçki gününə kimi bölgələrdə qalacaqlar, Çünki noyabrın 3-də Azərbaycana qısamüddətli müşahidə missiyanın nümayəndələri gələcək. Uzunmüddətli missiyanın nümayəndələri yeni gələn müşahidəçilərə vəziyyət barədə məlumat verəcəklər. Və onlar hamısı səsvermə günü monitorinq həyata keçirəcəklər.
- İlk aralıq hesabat nə vaxt hazır olacaq?
- Biz ilk hesabatı yaxın iki həftə ərzində açıqlamağı planlaşdırırıq. Hesabat ATƏT-in saytında yerləşdiriləcək və buraya bütün müşahidə sferalarına dair fikirlər daxil ediləcək. İlk aralıq hesabatda bizim ilkin təəssüratlarımız öz əksini tapacaq, çünki missiyamız cəmi iki həftədir ki, Azərbaycandadır. O vaxta kimi regionlarda olan uzunmüddətli missiyanın üzvləri də bizə məlumatlar təqdim edə biləcəklər.
- Mətbuat konfransında bildirmişdiniz ki, missiya həmçinin 2008-ci il prezident seçkilərindən sonra Azərbaycanın ATƏT-in irəli sürdüyü tövsiyələri necə yerinə yetirdiyini də müşahidə edəcəksiniz. Bu tövsiyələrin yerinə yetirilməsini necə dəyərləndirirsiniz?
- ATƏT-in uzun müddətdən bəri tövsiyə etdiyi məsələlərdən biri seçki komissiyalarının tərkibinin dəyişdirilməsidir. Biz indi də nə baş verdiyini, seçki kampaniyasının müddətinin azaldılmasının seçkilərə təsirini, namizədlərin qeyd olunan müddətdə imzaları toplayıb təqdim edib-etməyəcəyini, seçki kampaniyası aparmağa vaxt çatıb-çatmayacağını müşahidə edirik.
- Missiyanız çərçivəsində hansı görüşləri keçirməyi planlaşdırırsınız?
- Biz artıq Xarici İşlər Nazirliyində görüşlər keçirib, bir sıra müxalifət partiyaları ilə görüşmüşük. Mən həmçinin Prezident Administrasiyasında, Ədliyyə Nazirliyində, ola bilsin ki, Daxili İşlər Nazirliyində görüşlər keçirdik. Bundan başqa diplomatik missiyalar, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi, QHT rəhbərləri ilə də görüşəcəyik ki, tam mənzərə ilə tanış ola bilək. Çünki bizi maraqlandıran əsas məsələlərdən biri seçicilərin seçki sisteminə etimadı, inamı məsələsidir. Bu barədə məlumatı isə insanlarla ünsiyyət quraraq əldə etmək olar.
- MSK ilə əməkdaşlıq prosesi necə gedir?
- Bizim MSK-da görüşlər keçirən, müşahidə aparan, suallarla müraciət edən ekspertlərimiz var. Biz prosesə cəlb olunmuşuq, əlaqə saxlayırıq, lakin birgə iş həyata keçirmirik. Biz MSK-nın işini müşahidə edirik, lakin seçki kampaniyasının keçirilməsində iştirak etmirik, bu, seçki administrasiyasının vəzifəsidir. MSK seçkiləri keçirir, biz də bu prosesin necə həyata keçirildiyini müşahidə edirik.
- Partiyalarda keçirdiyiniz görüşlərdə mitinqlər üçün ayrılmış yerlərin siyahısı ilə bağlı məsələ müzakirə olunubmu?
- Bu da bizim müşahidə apardığımız məsələlərdən biridir. Bütün partiyaların mitinqlər keçirə bilməsi üçün şərait yaradılması çox vacibdir. Bu, seçkilərin çox mühüm bir hissəsidir, bunun vasitəsilə namizədlər öz fikirlərini potensial seçicisinə çatdırırlar. Buna görə də qeyd etdiyim sahə də bizim müşahidəmiz altındadır.
- Sizin seçkiləri müşahidə etməkdə böyük təcrübəniz var. İndiyədək hansı ölkələrdə seçki prosesini izləmək imkanınız olub?
- Qeyd etmək istəyirəm ki, bütün ölkələr bir-birindən fərqlənir və heç vaxt heç bir ölkəni digəri ilə müqayisə etmirəm. Ölkələr fərqlidir, fərqli tarixə malikdir. Seçkiləri müşahidə etməyə gedərkən bütün diqqətimi məhz həmin ölkə üzərində cəmləşdirirəm, heç bir müqayisə aparmıram, çünki ölkələr fərqlidir. İndiyə kimi Belarus, Qazaxıstan, Makedoniya, Gürcüstan, Ukrayna və Albaniyada seçkiləri müşahidə etmişəm.

682