“Sərhədləri açmağa heç bir hökumətin gücü çatmaz”
08 aprel 2009 12:00 (UTC +04:00)

“Sərhədləri açmağa heç bir hökumətin gücü çatmaz”

“Ermənistanla sərhədlərin açılması sadəcə Türkiyənin məsələsi olmadığına görə, burada Azərbaycanın bir kənarda tutulmasından söhbət gedə bilməz. Diplomatik həmlələrin çox normal şəkildə qəbul edilməsi lazımdır”.

Bu açıqlamanı APA-nın Türkiyə bürosuna qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizənin liderlərindən biri, Türk Tarix Qurumunun keçmiş rəhbəri, professor Yusuf Halaçoğlu verib. O, problemin müzakirələr yolu ilə həll edilməsinin son dərəcə vacib olduğunu bildirib: “Təbii ki, Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə heç kim Türkiyənin sərhədləri açacağını gözləməməlidir. Bu, Türkiyədə ictimaiyyətin çox sərt reaksiyasına səbəb olar. Hökumətin də bu işi görə biləcəyini zənn etmirəm. Ona görə də narahatlığa əsas yoxdur. Azərbaycanın bu məsələlərlə bağlı Türkiyə ilə ciddi müzakirələr aparmasında fayda var. Bu, Azərbaycan və Türkiyədən başqa ABŞ-ı da yaxından maraqlandıran bir məsələdir. ABŞ Qafqazda sabitliyə nail olunması baxımından indiyə qədər əldə edilmiş razılaşmalara Ermənistanın da daxil edilməsini istəyir və Türkiyədən bəzi şeylər tələb edir. Burada ən önəmli məsələ budur - işğal altında olan Azərbaycan torpaqları tamamilə azad edilib Dağlıq Qarabağ əvvəlki statusuna qaytarılmadan heç bir saziş imzalamaq mümkün olmayacaq”.

Yusuf Halacoğlu bir neçə gün əvvəl Qars bölgəsində söylədiyi sözləri bir daha təkrarlayıb: “Mən orada sərhədlərimizin bizim namusumuz olduğunu təkrarladım. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca bölgədə sülh olmayacaq. Çünki o vaxt hər kəs başqa ölkənin torpağını işğal edər və iş bitib gedər. Bu məntiqlə yanaşsaq, Türkiyə də gedib Ermənistanı işğal edər. Ona görə də sərhədlərə hamı hörmət etməlidir. Biz qondarma “soyqırım”ı qəbul etməyəndən sonra Ermənistan istədiyi qədər bizə böhtan ata bilər. Bizim sərhəddimzi də qəbul etməyə bilər. Çünki Ermənistanın bizim sərhədlərimizi dəyişdirməyə gücü yoxdur. Bütün dünya bizim sərhədlərimizi qəbul edərkən, Ermənistan qəbul etməsin, guya nə olacaq ki? Ona görə də Ermənistan xoşluqla işğal etdiyi torpaqlardan çəkilməlidir. Ondan sonrakı müzakirələr daha asandır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar