Yuta Universitetinin professoru: “Türkiyənin Qafqaz siyasəti iflasa uğrayıb”
ABŞ-ın Yuta Universitetinin Yaxın Şərq Mərkəzinin professoru Hakan Yavuzun APA-nın ABŞ bürosuna müsahibəsi
- Azərbaycan müstəqillik əldə etdikdən bəri ilk dəfədir ki, Türkiyə ilə münasibətlərdə soyuqluq yaranıb. Azərbaycan prezidenti ABŞ dövlət katibi Hillari Klintonla telefon söhbətindən sonra da Türkiyəyə getməkdən imtina edib. Bunu regionda geosiyasi dəyişikliyin başlaması kimi qiymətləndirmək olarmı?
- Türkiyə Qafqazda aparıcı rola malik olmaq üçün gərək Azərbaycanla birgə işləsin. Ermənistanın əhalisi 2,5 milyon nəfərdir. Azərbaycanın əhalisi isə 8 milyondur və ciddi miqdarda enerji ehtiyatları var. Türklərlə azərbaycanlıların eyni kökə mənsub olması, eyni dildə danışması önəmli faktordur. Heç bir şəraitdə Türkiyə Azərbaycanın mənafelərinə zidd addım atmamalıdır. Lakin Türkiyə hazırda ABŞ-ın təzyiqi altındadır. Obama Türkiyə parlamentindəki çıxışında və Abdulla Güllə birgə mətbuat konfransında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını istədiyini söylədi. Türkiyə yalnız ABŞ-ın deyil, Avropa ölkələrinin də təzyiqi altındadır. Onlar da sərhədlərin açılmasını istəyirlər. Hesab edirəm ki, Türkiyə və Azərbaycan Dağlıq Qarabağ reallıqlarını dünya ictimaiyyətinə başa sala bilməyib. Gərək hər kəsə sübut ediləydi ki, bu müharibəni ermənilər başlayıb, Azərbaycanda yüz minlərlə qaçqın var, on minlərlə insan qətlə yetirilib. Ona görə də dünya ictimai fikrində, xüsusən də Avropa və Amerika liderlərində münaqişənin səbəbləri barədə məlumat azdır.
- Sərhədlərin açılması Türkiyənin Azərbaycan və digər türkdilli ölkələrdə imicinə necə təsir göstərəcək?
- Türkiyə o qədər səhv addım atıb ki, sabah regionun heç bir dövləti, hətta türkdilli ölkələr də rəsmi Ankaranı ciddi qəbul etməyəcək. Türkiyə bu addımların hamısını ABŞ və Avropanın təzyiqi altında atır. Bu, o deməkdir ki, Türkiyə müstəqil ölkə deyil, ABŞ və ya Avropa Birliyinin kuklasıdır. Türkiyənin indiki siyasəti ona Qafqaz və Orta Asiyada ciddi problemlər yaradacaq. Türkiyənin indiki hakimiyyəti yanlış insanlardan ibarətdir və son seçkilər də bunu sübut etdi. Həmçinin nəzərə almalısınız ki, Türkiyədə, xüsusən AKP daxilində ciddi erməni lobbisi var. Əslində Türkiyə ictimaiyyəti sərhədlərin açılmasına qarşıdır. Sərhədlərin açılması Türkiyənin imicini məhv edəcək.
- Ankaranın Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü haqqında fikirləriniz nədir?
- Bu, tələskən və yaxşı düşünülməmiş qərar idi. Mən Gürcüstanda müharibə gedərkən Türkiyənin xarici siyasəti barədə çox kəskin mövqedə idim. İndi də Türkiyənin Azərbaycanla birgə işləməməsi və məsləhətləşməməsindən çox narazıyam. Gərək biləsiniz ki, təkcə mən yox, Türkiyədə müxalifətdə olan qüvvələr də Rəcəb Təyyib Ərdoğanın siyasəti ilə razı deyillər. Bu hökumətin Qafqaz siyasəti iflasa uğrayıb. Bu siyasət işləmir. Onlar Gürcüstanı itirdilər, indi isə Azərbaycanı itirirlər. Bütün bunlara bərabər mən sərhədlərin açılacağına inanmıram. Bu, 24 aprel ərəfəsində edilən boş söhbətlərdir.
- Bəs Türkiyə ictimaiyyəti və siyasətçilərinin sərhədlərin açılması ehtimalına münasibəti necədir?
- Bildiyimə görə, Silahlı Qüvvələr məsələyə sərt münasibət bildiriblər. Onlar hökumətin bəzi qərarları, xüsusən sərhədlərin açılması məsələsindən çox narazıdır. Yenə də deyirəm ki, bildiyimə görə, sərhəd açılmayacaq. Amma hökumət elə səfeh yolla gedir ki, biz ən yaxın müttəfiqimiz Azərbaycanı itirmək təhlükəsi ilə üzləşmişik. Əvəzində nə əldə edirik? Ermənistan Türkiyəyə nə təklif edə bilər? 2,5 milyon ac və işsiz erməni. Sərhədlərin açılması Türkiyənin milli maraqlarına tamamilə ziddir.

1485