XİN: Münaqişə nizamlanmadan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir
“Prinsip baxımından hər hansı dövlətlə münasibətlərin müəyyənləşdirmək hər bir ölkənin suveren hüququdur. Lakin bu situasiyada məsələnin birbaşa Azərbaycanın maraqlarına aidiyyəti var”.
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması xəbərini belə şərh edib.
O, Türkiyə hökumətinin 1993-cü ildə Ermənistanla sərhədləri bağladığını xatırladıb: “Sərhədlərin bağlanması barədə qərar Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi, Azərbaycan ərazilərinin bir qismini işğal etməsi, işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması ilə əsaslandırılıb. O zaman Azərbaycan Türkiyənin bu addımını Azərbaycan xalqı ilə həmrəylik və dəstək aktı kimi dəyərləndirib. Və bu müddət ərzində Azərbaycan Türkiyənin erməni tərəfə qarşı ədalətli tələblərini hər zaman dəstəkləyib. Türkiyənin Ermənistanla sərhədləri bağlamaq qərarı prinsipial əhəmiyyət daşıyır, çünki bu addım erməni tərəfə onun əməllərinə qarşı dözülməzlik siqnalı vermiş olub”.
Elxan Poluxov erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və digər problemlərə dair konstruktiv təklifləri rədd etdiyini, təcavüzkar əməllərə davam etdiyini və buna rəğmən hüquqlarını tapdaladığı dövlətlərdən sərhədləri açmağı və iqtisadi əməkdaşlığı bərpa eləməyi tələb etdiyini bildirib.
XİN rəsmisi bildirib ki, indiki şərtlər daxilində Ermənistana yönəlik siyasətə yenidən baxılması, o cümlədən sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycanla Ermənistan arasında danışıqlara mənfi təsir göstərəcək: “Çünki erməni tərəfi sərhədlərin açılmasını bu ölkənin Azərbaycan torpaqlarını işğal siyasətinin həvəsləndirilməsi aktı kimi qəbul edəcək. Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından kənar kontekstdə Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir. Bu addım həm strateji, həm də taktiki planda situasiyaya neqativ təsir göstərəcək, həmçinin regionda gərginliyi artırmış olacaq”.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30