İsmayıl Ömərovun yerinə 3 nəfər namizədliyini verib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 nəfər sənəd verib
İctimai Televiziya və Radio Yayımları Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatdığına görə bu vəzifəni tutmaq üçün martın 31-dən aprelin 7-dək müsabiqə elan edib. Yayım Şurasının rəhbəri Cahangir Məmmədlinin APA-ya verdiyi məlumata görə, sənəd qəbulunun müddəti səkkiz gündür. Sənədlər istirahət günündən başqa hər gün saat 10.00-dan 18.00-dək İTV-nin binasında qəbul edilir. C. Məmmədli deyib ki, hələlik müsabiqəyə 3 nəfər namizəd sənəd təqdim edib: “Mən elə hesab edirəm ki, bu dəfə keçirilən müsabiqə 2005-ci ildəki qədər gərgin keçməyəcək. Çünki artıq Yayım Şurasının bu sahədə təcrübəsi var. Keçən müsabiqədə teleradio jurnalisti olmayan çoxlu sayda insan iştirak etmişdi. Ona görə də bu dəfə əsas tələb kimi iştirakçıların teleradio sahəsində təcrübəsinin olması götürülür. Mənə elə gəlir ki, müsabiqədə heç bir problem olmayacaq, müsabiqəyə ən məsuliyyətli şəxslər qatılacaq”.
Yayım Şurasının sədri deyib ki, hələlik İTV-nin baş direktoru İsmayıl Ömərov müsabiqəyə namizədliyini təqdim etməyib: “Qanuna əsasən, hazırkı baş direktor yenidən bu vəzifəni tutmaq üçün namizədliyini verə və bu vəzifəyə seçilə bilər. Lakin mən bilmirəm ki, İsmayıl Ömərovun öz arzusu necə olacaq, namizədliyini irəli sürəcək ya yox. Yəqin ki, bu, 2-3 günə məlum olacaq”.
Qeyd edək ki, müsabiqədə iştirak etmək arzusunda olanlar Yayım Şurası sədrinin adına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında diplomun notariusda təsdiq olunmuş surəti, əmək kitabçasından çıxarış, tərcümeyi-hal və 3-4 ölçüdə 2 ədəd foto-şəkil təqdim etməlidirlər.

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30