Əli Babacan: “Biz də məmnunuq, Ermənistan da”
“Türkiyə geniş bir coğrafi ərazidə sülhün, sabitliyin və rifahın bərqərar olması ilə yanaşı, həm də Avropa Birliyinin prinsiplərini, o cümlədən azad bazar iqtisadiyyatını yaymağa çalışır”.
Lent.az-ın “cnnturk”ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əli babacan deyib.
O, Türkiyənin “qonşularla sıfır problem” siyasəti apardığını, bu çərçivədə Suriya, İran, İraq və Gürcüstanla əlaqələrdə böyük məsafə qət etdiyini, Yunanıstanla bəzi tarixi problemlər istisna olmaqla münasibətlərdə irəliləyişlərin olduğunu söyləyib.
Ermənistanla əlaqələrin normallaşmağa başladığını deyən nazir bu prosesdən razı qaldıqlarını vurğulayıb: “Biz də məmnunuq, Ermənistan tərəfi də. Problemlərin həlli üçün yaxşı şans əldə etmişik”.

1305