“Yeni telekanalda çalışmaq üçün erməni dilini bilən yetərincə adam tapmaq olar”
“Seyran Ohanyanın dili ilə desək, düşmənin dilini bilmək ən böyük üstünlüyümüz olardı”
“Azərbaycan Respublikasının vətəndaşı olub, Dağlıq Qarabağda, Bakı şəhərində və digər yerlərdə yaşayan etnik ermənilər üçün erməni dilində proqramların, verilişlərin verilməsi çox normal haldır. Biz erməni və digər dillərdə proqramlar verməklə Azərbaycan həqiqətlərini daha geniş yaya bilərik”. Bunu Lent.az-a açıqlamasında Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib. O, Türkiyənin TRT kanalında analoji təcrübənin olduğunu da xatırladıb. “Erməni saxtakarlığı, erməni yalanları, “soyqırım” iddialarını ifşa etmək, bunlara cavab vermək üçün onların dilində veriliş açılması lazımdır”.
Q.Çaxmaqlı “ATV International” telekanalına işçilərin cəlb olunması ilə bağlı rəhbərlik etdiyi quruma müraciət olmadığını əlavə edib: “Bu, təzə bir məsələdir, bir həftə deyil ki, açıqlanıb. Yəqin ki, bu məsələ ilə bağlı bizə müraciət olunacaq və telekanalın açılmasında iştirak edəcəyik. Şəxsən məndən söhbət getmir. Söhbət Erməni Araşdırmaları Mərkəzinin ətrafına toplaşan, erməni dilini bilən insanlardan gedir. Söhbət təkcə erməni dilini bilənlərdən deyil, həm də peşəkarlıq – jurnalistlik qabiliyyəti olanlardan gedir”.
Q.Çaxmaqlı deyib ki, yeni telekanalda çalışmaq üçün ölkədə erməni dilini bilən yetərincə adam tapmaq olar: “Seyran Ohanyanın dili ilə desək, düşmənin dilini bilmək ən böyük üstünlüyümüz olardı. Ancaq müəyyən mütəxəssis qıtlığı hiss olunur”.
Xatırladaq ki, martın 5-də Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Azad Azərbaycan Teleradio Yayım Şirkətinin birbaşa peyk vasitəsilə yayımlanacaq “ATV International” (ATV İnt) televiziya kanalına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətini müsbət cavablandırıb. MTRŞ Azad Azərbaycan Teleradio Yayım Şirkətinin “ATV International” (ATV İnt) kanalına birbaşa peyk yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verib.
“ATV International” ingilis, rus, türk, fars və erməni dillərində xəbərlər, verilişlər yayımlayacaq.
Pərvin ABBASOV

1911