İki general rayon prokuroru oldu - KAMRAN ƏLİYEVDƏN ƏMR
02 fevral 2026 14:00 (UTC +04:00)

İki general rayon prokuroru oldu - KAMRAN ƏLİYEVDƏN ƏMR

0

Respublika hərbi prokurorunun birinci müavini, general-mayor Şəfahət İmranov tutduğu vəzifədən azad edilib. 

Lent.az xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müavifiq əmr imzalayıb.

Baş prokurorun digər əmri ilə o, Abşeron rayon prokuroru təyin edilib. 

Bundan başqa, Kamran Əliyevin əmri ilə respublika hərbi prokurorunun sabiq müavini, general-mayor Fuad Məmmədov da Tərtər rayon prokuroru təyin olunub.

Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında"  Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 886

Oxşar yazılar