Abşeronda iki meyit  tapıldı
02 fevral 2026 10:56 (UTC +04:00)

Abşeronda iki meyit tapıldı

1

Abşeronda evdən iki meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində qeydə alınıb. 

Şəhər sakini, 1968-ci il təvəllüdlü Nurəli Məhiyəddin oğlu Eyvazovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Abşeron rayonu Hökməli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Azad Adil oğlu Əliyev yaşadığı evdə ölü tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 454

Oxşar yazılar