Yumurtanın müntəzəm istifadəsi Alzheimer xəstəliyinin inkişaf riskini azalda bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşdan yuxarı şəxslərin rasionuna nə qədər yumurta daxil etməli olduğu araşdırılıb. Nəticələr göstərib ki, həftədə ən azı bir yumurta yeyən insanlarda Alzheimer xəstəliyinə tutulma riski, daha az yumurta yeyənlərlə müqayisədə 47 faiz daha aşağı olub.
Alzheimer xəstəliyi ilə əlaqəli beyin zədələnmələrinə qarşı qoruyucu təsirinə fokuslanıb. Məlum olub ki, bu qoruyucu təsirin 39 faizi yumurtaların tərkibindəki xolin maddəsi ilə bağlıdır.
Tədqiqatın əsas müəllifi, fəlsəfə doktoru Teylor Uolles bildirib ki, bu, yumurta istehlakı ilə Alzheimer zamanı demensiya riskinin azalması arasında əlaqəni göstərən ilk araşdırmadır və bu, beyin sağlamlığını qorumaq üçün sadə qida dəyişikliklərinin əhəmiyyətini vurğulayır.
Onun sözlərinə görə, xolin hüceyrələrin bütövlüyünü və siqnallaşmasını dəstəkləyən, həmçinin yaş artdıqca beyin funksiyalarının qorunmasına kömək edən vacib qida maddəsidir. Bununla belə, alim qeyd edib ki, xolinin beyin sağlamlığına təsir mexanizmi hələ tam öyrənilməyib və əlavə tədqiqatlara ehtiyac var.
Yumurtanın tərkibində 147 milliqram xolin mövcuddur. Kişilərin gündə təxminən 550 milliqram, qadınların isə 425 milliqram xolin qəbul etməsi tövsiyə olunur. Əksər insanlar xolin qəbulunu artırmalıdır, çünki bu maddə ömür boyu beyin funksiyalarının yaddaşın, düşüncənin və əhvalın qorunması üçün vacibdir. Lakin o əlavə edib ki, yalnız yumurtaya əsaslanan pəhriz Alzheimer xəstəliyinin qarşısını tam ala bilməz. Bunun üçün balanslı qidalanmaya diqqət yetirmək vacibdir.
Sağlamlıq üçün müxtəlif qida məhsullarını ölçülü şəkildə seçmək lazımdır. Buraya meyvələr, tərəvəzlər, tam taxıllar və yağsız zülal mənbələri yumurta, balıq, paxlalılar, qoz-fındıq və az yağlı süd məhsulları daxildir.