Biz niyə susuruq?
Səhv etmirəmsə aprel ayının ortalarında “Etiraf” adlı bir yazı yazmışdım.
Həmin yazı ABŞ əsgərlərinin İraqda əməliyyatlar zamanı dinc insanlara, uşaqlara, qadınlara qarşı törətdikləri cinayətləri barədə etdikləri etiraflara cavab yazısı idi.
Mən ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in “Minsk Qrupu”nda yeri və rolu, Azərbaycana münasibətində tez-tez dəyişən siyasəti və bunun arxasında insan haqları və demokratiya yox, iqtisadi, milli, dini və s. maraqlarının olmasını bir hüquqşünas kimi, bir vətəndaş kimi qələmə almışdım. İndiki yazımı yazmağa isə məni hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin son açıqlamaları, o cümlədən hüquq müdafiəçiləri haqqında söylədiyi haqdan və ədalətdən uzaq, faktlara söykənməyən, qərəzli fikirlərinə cavab vermək istəyim oldu.
E. Fətullayev son vaxtlar özündən başqa şahidi və sübutu olmayan fikirlər səsləndirməklə hər kəs və hər şey haqqında planlı və düşünülmüş, lakin qərəzli bəyanatlar verir, istədiyi hər kəsi ittiham edir.
Ona bu haqqı kim verib? Bütün bunların arxasında hansı məqsədlər durur? Hər halda həmin sualların cavabı artıq çoxlarına aydındır.
Gündəmdə qalmaq!
Çox maraqlıdır ki, onun bu ittihamlarını hamı - iqtidar və müxalifət rəsmiləri, QHT-lər, hüquq müdafiəçiləri də sükutla qarşılayır, susurlar. Başa düşə bilmirəm ki, biz niyə susuruq?!
Nə üçün? Nədən və kimdən ehtiyat edirik? Bəlkə onun haqsız fikirlərinə qarşı çıxsaq, bəzi xarici təşkilatların, səfirliklərin qəzəbinə tuş gələ bilərik.
Belə hesab edirəm ki, özünü müstəqil və fəaliyyətinin şəffaf olduğunu qeyd edən hər bir kəs özünə qarşı sürülən əsassız ittihamlara cavab verməlidir.
Mən Eynullanın bəyanatlarından bir neçəsini xatırlatmaq istəyirəm.
O bildirir ki, hansısa cəza çəkmə müəssisəsində (o konkret ünvan göstərir) bir iynədən istifadə edildiyini üçün 200 nəfər QİÇS-ə yoluxub!
Şprisin biri 5-10 qəpik olduğu bir dövrdə görəsən bu açıqlamaya inanan oldumu? Başqa bir bəyanatında mərhum jurnalist Elmar Hüseynovun qatillinin adını çəkir və qeyd edir ki, həmin şəxs özü Elmarı qətlə yetirməyini ona etiraf edib.
Həmin şəxs yüksək vəzifə sahibi olmaqla yanaşı, xüsusi xidmət orqanlarında çalışır.
Xüsusi xidmət orqanının yüksək rütbəli bir əməkdaşı hətta belə bir cinayət törətmiş olsa belə, o hər hansı bir jurnalistə, xüsusilə də Eynullaya cinayət törətməsi barədə etiraf edərmi?
Qeyd edim ki, vətəndaşı ağır cinayəti törətməkdə ittiham etmək sübut olunmazsa özü cinayət məsuliyyətinə səbəb olur.
O, başqa bir bəyanatında qeyd edir ki, hüquq müdafiəçiləri hər ay dövlətdən maaş alırlar. Onlar müstəqil deyillər.
Eynulla Fətullayevin rəhbərlik etdiyi qəzet nəşr edilərkən bütün Azərbaycan bilirdi ki, tez-tez sponsorlarını dəyişməklə qəzet kimə və nəyə xidmət edirdi hansı pullarla nəşr edilir.
O qeyd edir ki, guya qadın hüquq müdafiəçilərindən biri CÇM-də olarkən rəis müavininə deyib ki, Eynullanı sındırmaq istəyirsinizsə, əlinə bel verin, işlədin və s. Bu sözləri də ona guya CÇM-in əməkdaşı çatdırıb.
Əvvəla CÇM-lərdə monitorinq keçirən qadınlardan üçü – Novella, Səidə və Səadət xanım mənim də təmsil olunduğum Monitorinq Qrupunun üzvləridirlər. Onların Eynulla ilə bağlı gördükləri işlərin şahidlərindən biri də mənəm. Əvəzində belə bir açıqlama onlara necə pis təsir etmişdisə bunu təsəvvür etmək üçün həmin anda onların yanında olmaq kifayət idi.
Daha sonra Eynulla Elçin Behbudovla bağlı konkret ittiham irəli sürür və onu MTN-ə satmaqda günahlandırır.
Sonda mənim də bostanıma daş ataraq deyir: “Bir dəfə Qənizadə mənim yanıma gəlmişdi. O mənə dedi ki, Eynulla, sənin əskin tüstülüdür, bir az ehtiyatlı ol”.
Mən belə söz deməmişəm. Tutaq ki, demiş olsam da belə, burada hüquq müdafiəçisinə yaraşmayan nə pis hərəkət var?
Mən Eynulla ilə cəmi iki dəfə CÇM-də görüşmüşəm.
Birinci dəfə onu “kars”a - həbsxanada qəbul olunmayan şəxslə bir kameraya salmaq istəmişdilər. O, isə buna etiraz etmişdi.
Biz bir qrup hüquq müdafiəçisi Eynullanın atasının və Arzu Abdullayevanın xahişi ilə CÇM-ə getdik. Mənim CÇM-in rəis müavini ilə İctimai Komitənin üzvü kimi çox sərt danışığım oldu. Mən boş kameralar olduğu halda nə üçün Eynullanın arzu olunmaz şəxs ilə bir kameraya salınmasına cəhd göstərilməsinin səbəbinə izah istəyirdim. Sonradan Eynulla valideynləri və Arzu xanımın vasitəsi ilə mənə təşəkkür göndərmişdi.
Mənim isə onu təşəkkürünə ehtiyacım yox idi. Çünki artıq atası bizim xatirimizə dəymişdi. Belə ki, biz CÇM-dən çıxarkən Eynullanın atası Emin müəllim bizi bayırda gözləyirdi. O, bizdən CÇM-in qaydalarına zidd bir xahiş yerinə yetirməyimizi təkidlə tələb edirdi. Biz isə bunu edə bilməzdik. Elə ona görə də, Emin müəllim CÇM-in içində Eynullanın hüquqlarının müdafiəsi yönündə çəkdiyimiz zəhmət yerə vurub bizləri əsassız tənqid etməyə başladı.
İkinci dəfə isə onunla, yenə də bir qrup hüquq müdafiəçisi ilə birlikdə görüşmüşük. Söhbət zamanı o, bizə CÇM-in rəhbərliyindən hazırda narazı olmadığını bildirmişdi.
Elçin Behbudovu MTN-ə satqınçılıqda günahlandıran Eynulla haqqında isə Elçin müsahibə verərək deyib ki, Eynullanı Pentensiar Xidmət danışdırır. Eynulla mənim dostumdur. Bu yanaşma isə əsl riyakarlıqdır!
Mən isə Elçindən fərqli olaraq bəyan edirəm ki, mən Eynulla kimiləri ilə dostluq etmirəm. Çünki mənim dostlarım dünyanın ən dəyərli, ən savadlı, ən əxlaqlı, gözəl ailə başçıları olan və kişiliyə xas olan bütün xüsusiyyətləri özündə əks etdirən insanlardır.
Bizlər bəzən ictimai rəydə qalmaq üçün, bəzən də yerli və xarici tənqidlərdən yayınmaq üçün layiq oldu-olmadı hər şeyi unudaraq hər kəsi müdafiəyə qalxırıq. Bəzən heç fikirləşmirik ki, belə mövqe bizi ucuzlaşdırır, kiçildir! Bizlər Eynullanı müdafiə edə-edə Xocalını unuduruq, Xocalı şəhidlərini, mərhum jurnalist Çingiz Mustafayevi, Əlif Hacıyevi unuduruq.
Bəlkə də bu unutqanlığı bizə bir azda Xocalılıların adından çıxış edən Tatyana Çaladze unutdurur. Axı Xocalı hara, Tatyana Çaladze hara?
Son zamanlar etiraf edim ki, özüm üçün bəzi kriteriyalar müəyyənləşdirmişəm. Rəqibi kim olmasından asılı olmayaraq, kim əxlaqa zidd, fakta söykənməyən, qərəzli, şantaj xarakterli, kişiliyə yaraşmayan mövqedən çıxış edərək yazılar yazacaqsa, müsahibələr verəcəksə, gələcəkdə onların məhkəmə çəkişmələrində müdafiələrinə qalxmayacağam. Ümid edirəm ki, Monitorinq Qrupunun digər üzvləri də mənimlə bir mövqedən çıxış edəcəklər.
Son vaxtlar ayrı-ayrı şəxslər xüsusi ilə də məhbus jurnalistlər azadlığa çıxdıqdan sonra həqiqətə uyğun olmayan müxtəlif bəyanatlar verir, hətta tezliklə hüquq müdafiəçisi kimi fəaliyyət göstərəcəklərini qeyd edirlər.
Ən çox bir aydan sonra isə hər şey unudulur və gündəmdən düşür. Bəzi hüquq müdafiəçilərinə qarşı çıxan tək-tək məhkumlar elə hesab edirlər ki, bizim vəzifəmiz və borcumuz yalnız və yalnız onların bütün fikirlərini müdafiə etməkdən ibarətdir. Lakin unudurlar ki, bizlərə hər gün onlarla həqiqətən hüququ pozulmuş vətəndaşlar müraciət edirlər. Onlara köməklik etmək, hüquqi yardım göstərmək bizim əsas işimizdir.
Eynulla Leyla Yunus və Arzu Abdullayevanı təqdir edir. Arzu xanım doğrudan da Eynulla və digər məhbuslar üçün işlər görür. Lakin Leyla qrant almaqdan başqa hansısa hüquqi pozulmuş vətəndaşa köməklik etdiyini bilən varsa, bu barədə bizə məlumat verilməsini istərdim.
Əgər hadisələri şişirtmək, siyasiləşdirmək, siyasi partiyaların iclaslarında iştirak etmək, siyasi bəyanatlar vermək hüquq müdafiəçiliyidirsə, Allah Eynullaya Leyladan xeyir versin.
Əminəm ki, Eynulla da həbsdən çıxacaq. Bəziləri kimi ya xaricə üz tutacaq, ya da yeni iş axtaracaq.
Çox istərdim ki, Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək naminə Avropa Məhkəməsinin Eynulla ilə bağlı qərarını icra etsin.
Bizdə çoxlu yalançı qəhrəmanlar yetişib. Bəzən də bunun günahkarı bizlər özümüz olmuşuq.
Eynulla həbsdən çıxdıqdan sonra başqaları kimi, o da bir aydan sonra gündəmdən düşəcək və yaddan çıxaracaq.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri namizədi Çingiz Qənizadə

518