“Rusiya və ABŞ-la balanslaşdırılmış münasibət Azərbaycanın maraqlarına xidmət edir” – MÜSAHİBƏ
ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik, Corctaun Universitetinin professoru Şirin Hanterin (Shireen Hunter) APA-nın Vaşinqton müxbirinə müsahibəsi
- Cənubi Qafqazda münaqişəli ərazilərdə yeni gərginlik riskləri hansılardır?
- Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanaraq hərbi qarşıdurmaya çevrilə bilər. Lakin mən bunun yaxın gələcəkdə baş verməsi riskini görmürəm, çünki əsas beynəlxalq qüvvələr, yəni ABŞ, Rusiya, Avropa və regional güclər - İran, Türkiyə bunun əleyhinədir. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və münaqişənin hərbi yolla həlli ilə bağlı fikirlər yeni hərbi qarşıdurma riskini saxlayır.
- Azərbaycan və ABŞ arasındakı əlaqələrin hazırkı mərhələsi barədə nə düşünürsünüz?
- ABŞ hazırda Azərbaycana Əfqanıstan və İranla bağlı siyasətində istifadə edəcəyi qiymətli aktiv kimi baxır. Ola bilsin ki, Əfqanıstan müharibəsinin başa çatacağı və ya ABŞ-İran münasibətlərində irəliləyiş əldə olunacağı təqdirdə, bəlkə də İranda rejim dəyişikliyi nəticəsində, bu yanaşma da dəyişə bilər. Əgər ABŞ-Türkiyə münasibətləri pisləşsə, bu ehtimal istisna deyil, bu, ABŞ-Azərbaycan münasibətlərinə də təsir edə bilər. Çünki bəzi qüvvələrin erməni kartından istifadə edəcəyi mümkündür. Ümumiyyətlə, Azərbaycan strateji əhəmiyyətə malik regionda yerləşən ölkədir və digər oxşar ölkələrin super güclərlə münasibətlərində üzləşdikləri dilemmalarla üzləşir. Super güclər regiondakı bütün ölkələrlə yaxşı münasibətdə olmaq və onları öz məqsədləri üçün istifadə etmək istəyir, bu isə çox vaxt onların müxtəlif regionlardakı mövcud və potensial müttəfiqlərinin maraqları ilə toqquşur. Buna misal olaraq, ABŞ-ın Pakistanla müttəfiqliyi saxlamaq, eyni zamanda Hindistanla strateji müttəfiqliyi inkişaf etdirməklə bağlı üzləşdiyi çətinliyi göstərmək olar. Başqa misal kimi isə ABŞ-ın bir tərəfdən İsraillə, digər tərəfdən ərəblərlə müttəfiqliyini göstərmək mümkündür.
- Azərbaycana son səfəri zamanı ABŞ-ın müdafiə naziri Robert Qeyts bildirdi ki, yaxın zamanda Hillari Klintonun bu ölkəyə səfər edəcəyi gözlənilir. ABŞ-ın yüksək rütbəli rəsmilərinin bu ölkəyə səfərlərindən nə gözləmək olar?
- Mən bu səfərdən qeyri-adi nəsə gözləmirəm. Dövlət katibi Hillari Klinton ABŞ-ın Azərbaycanın dostu olduğunu söyləyəcək. Çox güman ki, o, Azərbaycandan ABŞ-ın İranla bağlı siyasətində onu dəstəkləməyi də xahiş edəcək.
- Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışır, eyni zamanda aktiv şəkildə ABŞ-la əməkdaşlıq edir. Nə vaxtsa elə bir vəziyyət yarana bilərmi ki, Azərbaycan Qərblə Rusiya arasında seçim etməli olsun?
- Hazırda ABŞ-Rusiya münasibətləri kifayət qədər yaxşıdır və məncə, sovet dövründə iki ölkə arasında olan ədavət təkrarlanmayacaq. Ona görə də hazırda Azərbaycanın həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətləri davam etdirməsi tam normaldır. Buna baxmayaraq, nə qədər ki, Rusiya Qafqaz regionunu özünün təsir dairəsi kimi qəbul edir, ABŞ da öz təsir dairəsini genişləndirmək istəyir, ABŞ və Rusiya arasında potensial rəqabət mövcuddur. Ona görə də bu, Azərbaycanı dilemma qarşısında qoya bilər. Bir şey aydındır ki, Rusiyaya qarşı çıxmaq Azərbaycanın maraqlarına zidd olacaq, xüsusilə ona görə ki, Rusiya onun yaxın qonşusudur. Həm Rusiya, həm də ABŞ-la balanslaşdırılmış münasibət Azərbaycanın maraqlarına xidmət edir.

441