Azərbaycanda 20 il partiya sədri olan kimdir? - ARAŞDIRMA
Partiyaların sədr dəyişmək problemi
İnkişaf etmiş ölkələrdə seçkilərdə partiyasına uğur gətirə bilməyən liderlər öz vəzifəsindən istefa verir, partiyaya uğur gətirə biləcək şəxslər üçün yol açırlar. Bu artıq əksər ölkələrdə ənənə halını alıb. Bir seçkidə uğur qazanmayan partiya lideri növbəti seçkilərdə artıq nə hər hansı bir posta namizəd olur, nə də partiyanın lideri kimi qalmır. Azərbaycanda vəziyyət necədir?
Sualın cavabı araşdırmamızı oxuduqdan sonra bəlli olacaq. Lent.az Azərbaycandakı siyasi partiyalara rəhbərlik edən sədrlərin “uzunömürlülüyünü” araşdırıb. Onların arasında 20 ilə yaxın sədr kimi fəaliyyət göstərən şəxslər var.
“Uzunömürlü” sədrlər
Fəzail Ağamalı hazırda ən “qocaman” sədr hesab oluna bilər. 1990-cı ilin sentyabrında Ana Vətən Partiyasının Təşəbbüs Qrupu yaradılıb və həmin il noyabrın 24-də partiyanın təsis qurultayı keçirilib. Həmin vaxtdan bu günə qədər partiyaya millət vəkili Fəzail Ağamalı rəhbərlik edir.
Araz Əlizadə F. Ağamalıdan qətiyyən geri qalmır. Azərbaycan Sosial Demokrat Partiyasının təsis qurultayı 1990-cı ildə olub və o zaman Zərdüşt və Araz Əlizadə qardaşları partiyanın həmsədri seçiliblər. Sonrakı dövrlərdə Zərdüşt Əlizadə partiyadan və həmsədrlikdən getsə də, Araz Əlizadə bu günə qədər ASDP-nin həmsədridir və 20 il tutduğu vəzifəni dayandırıb-dayandırmayacağı barədə bir fikri yoxdur.
Sərdar Cəlaloğlunu da sədr postunda qocaman saymaq olar, amma müəyyən istisnalarla. Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə təsis edilib və Sərdar Cəlaloğlu partiyanın təşəbbüs qrupunun rəhbəri olub. 1994-cü ildə ADP-nin birinci qurultayında o partiyanın sədri seçilib. İlyas İsmayılov və Rəsul Quliyev ADP-yə qoşulduqdan sonra o müəyyən dövrlərdə baş katib və birinci müavin vəzifələrini icra edib. 2007-ci ildə o yenidən ADP-nin sədri seçilib və hazırda bu vəzifəni yerinə yetirir.
1992-ci ildə yaradılan Vətəndaş Həmrəyliyi Partiyasına həmin vaxtdan bu günə qədər Sabir Rüstəmxanlı rəhbərlik edir. O, həmkarlarından bir qədər geri qalır.
Müsavat Partiyasının 1992-ci ilin noyabr ayında III Bərpa Qurultayı keçirilib və bu qurultayda İsa Qəmbər partiyanın başqanı seçilib. 18 ildir partiyaya rəhbərlik edən İ. Qəmbər bu il – 2010-cu ildə başqanlıqdan gedəcəyini açıqlayıb.
Ədalət Partiyası 1993-cü ildə yaradılıb və həmin vaxtdan partiyaya İlyas İsmayılov sədrlik edir. Amma İ. İsmayılov 1996-cı ildən – 2000-ci ilə kimi – Ədalət Partiyası ADP-yə birləşdiyi dövrdə ADP-nin həmsədri olub.
Sədri dəyişən partiyalar
Azərbaycanda bir sıra partiyalar var ki, onların sədrliyində müxtəlif səbəblərə görə dəyişikliklər olub. Belə partiyaların sayı o qədər də çox deyil, amma var...
21 noyabr 1992-ci ildə Naxçıvanda təsis qurultayı keçirilən Yeni Azərbaycan Partiyasına Heydər Əliyev sədr seçilib və həmin vaxtdan 2003-cü ilə kimi o partiyaya rəhbərlik edib. H. Əliyev 2003-cü ildə vəfat edib və bir neçə il partiya sədrsiz fəaliyyət göstərib. 2005-ci ildə İlham Əliyev partiyanın sədri seçilib.
Azərbaycan Liberal Partiyası 1995-ci il iyunun 3-də Bərdə şəhərində təsis konfransı keçirib və o vaxtdan 2003-cü ilə kimi Lalə Şövkət partiyaya sədr olub. Hazırda partiya sədrsizdir.
Ümid Partiyası 1993-cü ildə təsis edilib və Əbülfət Əliyev sədr seçilib. 2002-ci ilin dekabrında isə İqbal Ağazadə partiyanın sədri seçilib və o vaxtdan bu səlahiyyəti həyata keçirir.
Sovet İttifaqı dağılandan sonra fəaliyyəti dayanan Kommunist Partiyası 1993-cü ilin əvvəllərindən öz fəaliyyətini bərpa edib və Ramiz Əhmədov partiyaya sədr seçilib. Ramiz Əhmədov 2007-ci ildə vəfat etdikdən sonra isə partiyaya onun müavini Rauf Qurbanov sədr gəlib.
1991-ci ildə yaradılan Azərbaycan Milli İstiqlal Partiyasına sədr seçilən Etibar Məmmədov 2003-cü ilə kimi bu fəaliyyətini davam etdirib. O, öz vəzifəsindən istefa verəndən sonra AMİP sədri vəzifəsini bir müddət Əli Əliyev, ondan sonra isə Ayaz Rüstəmov icra edib.
Əvvəl Azərbaycan Xalq Cəbhəsinə, sonra AXCP-yə rəhbərlik edən Əbülfəz Elçibəy bu vəzifəsini 2000-ci ilə kimi davam etdirib. Onun vəfatından sonra bir müddət partiya sədrsiz qalıb. 2001-ci ildə Əli Kərimli AXCP sədri seçilib və bu günə qədər öz işi davam etdirir.
“Gənclər”
Siyasi partiyalarda sədrlik yaşı 10 ildən aşağı olanlar da var. İndiki siyasi reallıqlarla onların da 20, daha sonra 30 yaşlarını qeyd edəcəyi gözləniləndir...
Fazil Mustafa 2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və o vaxtdan bu partiyanın başqanı vəzifəsinə sahibdir.
2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında Asim Mollazadə partiyanın sədri seçilib və onu hələ ki, əvəz edən yoxdur.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 3 aprel 2004-cü təsis qurultayını keçirib və həmin vaxtdan partiyaya Qüdrət Həsəquliyev rəhbərlik edir.
Hafiz Hacıyev 2003-cü ildən Müasir Müsavat Partiyasına sədrlik edir.
Mirmahmud Mirəlioğlu 2000-ci ildən AXCP-nin “klassiklər” qanadına rəhbərlik edib. 2006-cı ilə isə partiya rəsmi olaraq Klassik Xalq Cəbhəsi Partiyası adlandırılıb. Bu günə qədər M. Mirəlioğlu KXCP-nin şəriksiz lideridir.
2002-ci ildə təsis olunan İslam Demokrat Partiyasına Hacı Tahir Abbaslı rəhbərlik edir.
2005-ci ilin may ayında təsis olunan Vətəndaş və İnkişaf Partiyasına Əli Əliyev sədr seçilib və bu gün də öz işini icra edir.
Amma bu qeyd etdiklərimiz Azərbaycanda mövcud olan partiyaların hamısı deyil. Ölkədə rəsmi olaraq 54 siyasi partiya Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Hələ bir neçə dövlət qeydiyyatına alınmayan partiya da mövcuddur.
Elnur Məmmədli

692