Əli Həsənov: “2009-cu ildə mühüm hadisələr baş verib” – MÜSAHİBƏ
- Başa çatmaqda olan 2009-cu ili Azərbaycan üçün əlamətdar il hesab etmək olarmı?
- 2009-cu il Azərbaycan üçün mühüm hadisələrlə zəngin oldu, daxili və xarici siyasət prioritetlərimiz uğurla həyata keçirildi. Dövlətçiliyimizin möhkəmləndirilməsi, siyasi, iqtisadi, hüquqi islahatların davam etdirilməsi, sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifahının yüksəldilməsi, demokratikləşmə prosesinin dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin gücləndirilməsi, ordu quruculuğu, habelə mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və digər mühüm məsələlər Azərbaycan prezidenti cənab İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərini təşkil etdi. Əmiliklə demək olar ki, hər bir istiqamət üzrə əvvəlki illərdə əldə olunmuş nailiyyətlər daha da möhkəmlənmiş, dövlət başçısının düşünülmüş, praqmatik siyasi kursu nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin edilib.
- Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə yüksək nəticələr nümayiş etdirir. 2009-cu ildə başlanan ümumdünya iqtisadi böhranın fəsadları Azərbaycanda müşahidə olundumu? Çünki hələ böhranın ilk günlərində bəzi ekspertlər pessimist proqnozlar verir, ölkədə ciddi problemlərin yaranacağını iddia edirdilər.
- Əvvəla qeyd etmək istərdim ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan edib. Bu, Azərbaycanın iqtisadi inkişaf tarixində əhəmiyyətli mərhələnin sonu, yeni keyfiyyət mərhələsinə keçidi əks etdirən reallıqdır. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf baxımından dünyanın lider ölkələri sırasındadır. Bazar iqtisadiyyatının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin liberallaşdırılması, enerji resurslarının diversifikasiyası, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində əldə edilmiş uğurlar, ən əsası, Azərbaycan Prezidentinin düşünülmüş iqtisadi siyasəti keçid mərhələsinin başa çatmasını şərtləndirən faktorlardır.
İqtisadi böhran 2009-cu ildə bütün dünya üçün ciddi problemə çevrildi və bəzi ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə daha qabarıq şəkildə özünü büruzə verdi. Bu mənada, 2009-cu il həm də Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti üçün sınaq ili oldu. Tamamilə sizinlə razıyam, böhran təzə başlayanda bəzi psevdoiqtisadçılar Azərbaycanın ciddi fəsadlarla üzləşəcəyini iddia etdilər. Demək olmaz ki, böhran Azərbaycana heç bir təsir göstərə bilməzdi. Lakin vaxtında görülmüş tədbirlər, hökumətin dəyişikliklərə çevik reaksiyası sayəsində bu proses ölkəmizdə hiss olunmadı, problemlər yaşanmadı, əksinə, Azərbaycan dinamik inkişaf göstəriciləri nümayiş etdirən ölkə kimi diqqəti cəlb etdi. Qeyd edim ki, dünyanın nüfuzlu iqtisadi və maliyyə qurumları 2009-cu ildə Azərbaycanda ÜDM-in real artımını 7-8 faiz səviyyəsində proqnozlaşdırılmışdı. Cari ilin 11 ayının yekunlarına görə, Azərbaycanda ÜDM artımı 9 faiz təşkil edib. Azərbaycanın iqtisadi sahədə uğurları müqayisədə daha aydın görünür. Məsələn, bu il inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım olmayıb, əksinə, geriləmə müşahidə edilib. Həmçinin MDB ölkələrindən ÜDM Rusiyada 14, Ermənistanda 15, Ukraynada isə 29 faiz azalıb. Əksər ölkələrdə iqtisadi problemlər insanların həyat şəraitinin pisləşməsinə gətirib çıxardığı halda, Azərbaycanda bu sahədə də real yüksəliş müşahidə olunub. Bu ilin 9 ayının yekunlarına görə, əhalinin gəlirləri 10 faiz, orta aylıq əməkhaqqı isə 15 faiz artıb. İlin sonuna inflyasiyanın 1,5 faiz olacağı proqnozlaşdırılır.
Dünyada iqtisadi böhran olduğu bir dövrdə Azərbaycanda nəhəng infrastruktur layihələri, ünvanlı sosial yardımlar davam etdirildi. Üstəlik, bu günlərdə bəzi sosial müavinətlər də artırıldı. Şəhər və rayonlarının abadlaşdırılması, məktəb, tibb müəssisələrinin və digər sosial obyektlərin müasir standartlara uyğun tikintisi və ya bərpasında problem yaranmadı. Strateji valyuta ehtiyatlarımız artaraq 20 milyard dolları keçdi. İqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr dünyanın nüfuzlu iqtisadi və maliyyə qurumlarının diqqətindən qaçmadı. Dünya İqtisadi Forumunun 2009-2010-cu il üçün hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəldi. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutdu.
Göründüyü kimi, pessimist proqnozlar özünü doğrultmadı. Bəzi ölkələrdə iqtisadi durğunluq əhalinin sosial şəraitinin pisləşməsinə və ciddi narazılığına səbəb oldu. Təsadüfi deyil ki, hətta internet auksionlarda bəzi ölkələrin hərraca çıxarılması kimi zarafatlar da müşahidə edildi. Belə mürəkkəb dövrdə ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının keçirdiyi sorğunun nəticələri göstərdi ki, Azərbaycanda əhalinin 77 faizi hakimiyyətin fəaliyyətindən razıdır.
- 2009-cu ildə Azərbaycanın xarici siyasəti barədə danışarkən, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi diqqəti çəkir. Bu il danışıqlar intensivləşdi, ATƏT Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər etdilər və artıq razılaşmanın bəzi konturları mətbuatda müzakirə olunur. Münaqişənin həlli baxımından bu ili uğurlu hesab etmək olarmı?
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Azərbaycan prezidentinin xarici siyasətinin prioritetini təşkil edir. Bu günə kimi aparılan danışıqlar Ermənistanın destruktiv, beynəlxalq hüquqa zidd mövqeyinə görə, nəticə verməyib. Buna baxmayaraq, əvvəlki illərdə Azərbaycan diplomatiyasının səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi uğurlar əldə edilib. Ermənistanın işğalçı siyasəti ən müxtəlif səviyyələrdə etiraf olunub, nüfuzlu beynəlxalq təşkilatlar, əksər dövlətlər Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər.
2008-ci ilin noyabrında Moskva Bəyannaməsi imzalandıqdan sonra danışıqlar prosesi intensivləşdi, Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirildi. ATƏT Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər etdilər, həmsədr ölkələrin rəhbərlərinin münaqişənin həlli ilə bağlı səyləri də diqqətdən qaçmadı. Həm münaqişə tərəfləri, həm də həmsədrlər nizamlama prosesinin bəzi təfərrüatları haqında məlumat verdilər. Hətta danışıqlar prosesində uğur əldə olunduğu, bir sıra ciddi məqamların razılaşdırıldığı fikirləri də səsləndirildi. Lakin reallıq budur ki, münaqişə həll olunmamış qalır. Bunun əsas səbəbi bəzi prinsipial məsələlərlə bağlı Ermənistanın öz mövqeyindən hələ ki, geri çəkilməməsidir.
Dünya ictimaiyyəti, ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı tərəf olduğunu yaxşı dərk edirlər. XX əsrdə Avropa Şurasına üzv iki ölkədən birinin digərinin ərazisinin 20 faizini işğal etməsi, milyondan artıq qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətdə yaşamağa məhkum edilməsi dözülməz haldır. Azərbaycan prezidenti cənab İlham Əliyev bəyan edib ki, Azərbaycan artıq mövcud və Ermənistana sərf edən status-kvoya dözmək niyyətində deyil. Bu gün Azərbaycan hərtərəfli inkişaf etmiş, böyük iqtisadi potensiala, güclü orduya malik ölkədir. Son illər Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait Ermənistan büdcəsinə yaxın olub, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb və silah istehsalına başlanıb. Beynəlxalq hüquq, hərbi güc Azərbaycanın tərəfindən olduğu halda biz nəyə görə torpaqlarımızın işğalına dözməliyik. Azərbaycan prezidenti Ermənistan dövlət başçısı ilə son görüşdən əvvəl məhz bu reallıqları nəzərdə tutaraq sərt bəyanatla çıxış etdi.
Hal-hazırda danışıqlar prosesinin Azərbaycanın maraqlarına uyğun aparılması, Ermənistanın əvvəlki barışmaz ritorikadan geri çəkilməsi, dünyanın əsas güc mərkəzlərinin münaqişənin həlli istiqamətində səylərini artırması, ən əsası beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı tərəf olduğunu etiraf etməsi və münaqişənin ədalətli nizamlanması məsələsinin aktuallaşması Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın uğurlarıdır. Hesab etmək olar ki, qarşıdan gələn illərdə daha yüksək nəticələr əldə olunacaq.
Yeri gəlmişkən, bu il Dağlıq Qarabağın azərbaycanlı icmasının həyatında da mühüm hadisə baş verdi. Bildiyiniz kimi iyunda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yarandı. Hesab etmək olar ki, qarşıdan gələn illərdə azərbaycanlı icması daha fəal olacaq və münaqişənin milli maraqlarımıza uyğun həllinə öz töhfəsini verəcək.
- Danışıqlar prosesinin müəyyən mərhələsində Türkiyənin də fəallığı müşahidə olundu. Həmçinin, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpa edilməsi istiqamətində səylər göstərildi. Azərbaycan ictimaiyyətinin ciddi narazılığına və narahatlığına səbəb olan bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?
- Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi, dost və qardaş ölkədir. Əlbəttə, Azərbaycan münaqişənin həllində Türkiyənin rolunun və səylərinin artmasını istəyir. Münaqişə başlanan dövrdən Azərbaycana dəstəyini ifadə edən Türkiyə 1993-cü ildə ermənilər tərəfindən Kəlbəcər işğal olunduqdan sonra Ermənistanla sərhədləri bağladı. Bu illər ərzində Türkiyə ilə Azərbaycan bütün səviyyələrdə bir-birinə dəstək verib, bütün məsələlərin həllində hər iki ölkənin maraqları nəzərə alınıb. Təbiidir ki, münaqişə həll olunmamış, işğala son qoyulmamış, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməmiş Ermənistanla sərhədlərin açılmasına göstərilən təşəbbüslər, əməli fəaliyyət həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Azərbaycan ictimaiyyəti hesab edir ki, münaqişə həll edilməmiş sərhədlərin açılması Ermənistanın güclənməsinə, düşmən ölkənin iqtisadiyyatının dirçəlməsinə xidmət edəcək və Yerevan kompromisə getməkdə maraqlı olmayacaq, daha da sərtləşəcək.
- Digər tərəfdən, Ermənistan Türkiyəyə qarşı iddialarından əl çəkibmi? Ermənilərin “soyqırım”, ərazi və digər iddialar irəli sürməyəcəyinə zəmanət varmı? Göründüyü kimi, sərhədlərin açılması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə ictimaiyyətləri oktyabrın 10-da Sürixdə imzalanmış protokolların Türkiyə ilə Ermənistanın yaxınlaşması üçün əməli tədbirlərə səbəb olacağına inanmaq istəmirlər.
- 2009-cu ildə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirləri qənaətbəxş hesab etmək olarmı?
- Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara tam uyğunlaşdırılıb və dünyada cərəyan edən müasir tendensiyalar nəzərə alınmaqla zaman-zaman qanunlar daha da təkmilləşdirilir. Vətəndaş cəmiyyəti institutlarının sərbəst, maneəsiz fəaliyyəti üçün zəruri şərait mövcuddur. Son illər sürətli sosial-iqtisadi inkişaf, cəmiyyət həyatında demokratiyanın dərinləşməsi ilə şərtlənən pozitiv dəyişikliklər, ictimai şüurun yeniləşməsi cəmiyyətdə yeni münasibətlər modelinin formalaşmasını və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində dəyişiklikləri zərurətə çevirmişdi. İctimai tələbat olmadığına görə, siyasi fəaliyyətdə radikallıq, dağıdıcılıq kimi zərərli elementlər daha müasir mübarizə metodları ilə əvəzlənməyə başladı. Təbii olaraq radikal mübarizə metodunun tərəfdarları siyasi palitradan çəkildi, onların yerini konstruktiv, sivil mübarizə tərəfdarı olan siyasi qüvvələr tutdu. Dövlətin vəzifəsi cəmiyyətdə normal siyasi mübarizə mühiti formalaşdırmaqdır. Kimin siyasətdə qalacağını, kimin gedəcəyini isə cəmiyyət özü həll edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması, ölkəmizin hərtərəfli inkişafında böyük xidmətləri olan, cəmiyyətin tələblərini ödəyən, daim yeniləşən, öz sıralarında Azərbaycanın ən tanınmış ziyalılarını, qurmaq və yaratmaq amalı ilə yaşayan gəncləri birləşdirən partiya olduğuna görə, xalqımız həmişə ona böyük etimad göstərib. YAP-ın bundan sonra da liderliyini qoruyub saxlayacağı və Azərbaycanın davamlı inkişafına misilsiz töhfələr verəcəyi şübhə doğurmur.
Son illər Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görüldü. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırması, onların cəmiyyət həyatında rolunun yüksəldilməsi, vətəndaş təşəbbüsünün artırılması, eyni zamanda demokratiyanın əsas atributlarından hesab olunan və cəmiyyətdə şəffaflığı təmin edən əsas vasitə kimi KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, söz və məlumat azadlığının inkişaf etdirilməsi həlli vacib məsələlər idi. Məhz bu tələbləri nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev 2007-ci ildə “Qeyri hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nı və 2008-ci ildə “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etdi. Bu sənədlərin tələblərinə uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq QHT-lərə, KİV-lərə dövlət dəstəyinin həyata keçirilməsinə başlayıblar. 2010-cu il dövlət büdcəsində ayrılan vəsait də nəzərə alınmaqla, QHT-lərin və KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsinə, onların layihələrinin maliyyələşdirilməsinə 11 milyon manat yönəldilib.
- Bu təsisatlar yaradılanda bəzi yerli və xarici təşkilatlar iddia etdilər ki, QHT sektorunun və KİV-ləri dövlət tərəfindən maliyyələşdirilməsi onların müstəqilliyinə mənfi təsir göstərəcək.
- Belə fikirləri əsaslı hesab etmək olmaz. Əgər vətəndaş cəmiyyəti institutlarının inkişafında problem yaranıbsa, dövlət nəyə görə bu problemin həllinə diqqət yetirməməlidir. Nəzərə alınmalıdır ki, yeni yaradılmış təsisatlar təşkilatları deyil, layihələri qiymətləndirir və məhz layihələrə vəsait ayırırlar. Hal-hazırda Avropanın inkişaf etmiş ölkələrində dövlət büdcəsindən QHT sektorunun saxlanılması və inkişafına milyonlarla avro vəsait sərf edilir. 2009-cu ildə Avstriyada mətbuata 13 milyon avro subsidiya verilib. İsveçdə bu məbləğ daha böyükdür. Göründüyü kimi, deyilənlər heç bir tənqidə dözmür. Biz inkişaf etmiş ölkələrin ən yaxşı təcrübəsini mənimsəyir və tətbiq edirik. Məqsədimiz vətəndaş cəmiyyətini inkişaf etdirmək, demokratik institutların inkişafına maksimum şərait yaratmaqdır.
- Vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı çoxsaylı tədbirlər görülməsinə baxmayaraq, bəzi xarici təşkilatlar Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini iddia edir, buna misal kimi jurnalistlərin həbsini göstərirlər.
- Mən təəssüf hissi ilə bildirirəm ki, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı tendensioz münasibət formalaşıb. Onlar Azərbaycanda yalnız problem görür, problem olmayanda isə onu icad etməyə çalışırlar. Məsələn, “Sərhədsiz Reportyorlar” adlı təşkilat Azərbaycanla bağlı hər gün qərəzli bəyanat yayır. Lakin bu qurum bir dəfə də olsun Azərbaycanda söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi ilə bağlı görülmüş çoxsaylı tədbirlər barədə məlumat verməyib. Eynilə “Freedom Hause” təşkilatı davamlı olaraq Azərbaycanla bağlı qərəzli, faktlara əsaslanmayan hesabatları ilə diqqəti cəlb etməyə çalışır. Təşkilatın bu il üçün “Azadlıq xəritəsi” adlanan hesabatında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilir. Abxaziya, Cənubi Osetiya Gürcüstanın, Dnestryanı Respublika Moldovanın əraziləri kimi göstərildiyi halda, Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın birgə ərazisi kimi təqdim olunması normal qarşılana bilməz. Nüfuzlu beynəlxalq təşkilatlar, dünya ölkələri Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər. “Freedom House”nin bu reallığı nəzərə almaması onun qərəzliliyindən və ermənilərin maraqlarına xidmət etdiyindən xəbər verir. Həmçinin fundamental insan haqlarının pozulduğu, dinc nümayişçilərin güllələndiyi, əhalisinin baş götürüb qaldığı Ermənistanı “qismən azad”, Azərbaycanı isə “qeyri-azad” ölkələr sırasında göstərmək, ən azı ədalətsizlikdir.
Bu gün Azərbaycanda 4 mindən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülüb, yüzlərlə qəzet, jurnal nəşr olunur. Mətbuat əlavə dəyər vergisindən azad edilib, onun inkişafına dövlət büdcəsindən vəsait sərf olunur, jurnalistlərin sosial müdafiəsi istiqamətində tədbirlər görülür. Görəsən həmin təşkilatlar bu məsələlər barədə niyə danışmırlar?
Bəli, Azərbaycan jurnalistikasında vəziyyət heç də arzu olunan səviyyədə deyil. KİV azadlığı sahəsində yaradılmış əlverişli şəraitdən sui-istifadə halları mövcuddur. Mətbuatın maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlığının aşağı səviyyədə olması, Azərbaycan qanunvericiliyinin, jurnalistlərin peşə davranışı qaydalarının kobud şəkildə pozulması halları günümüzün reallığıdır. Təhqir olunmuş sadə vətəndaşlar, ziyalılar, məmurlar, iş adamları məhkəmələrə müraciət edir və bu da bəzi hallarda jurnalistlərə qarşı sanksiyaların tətbiq olunmasına gətirib çıxarır. Bildiyiniz kimi, artıq xeyli vaxtdır ki, jurnalist fəaliyyətinin dekriminallaşdırılması və diffamasiya haqqında qanunun qəbul edilməsi geniş müzakirə olunur. Hal-hazırda jurnalistikamızda neqativ halların aradan qaldırılması ilə bağlı tədbirlər görülür. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, ATƏT, Avropa Şurası jurnalist peşəkarlığının artırılması, medianın fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-lərlə dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi, informasiya əldə etmək hüququnun qanuna uyğun şəkildə tənzimlənməsi və digər istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirirlər. Tədbirlərin davamlılığı və effektivliyi son nəticədə mövcud neqativ halların minimuma endiriləcəyinə və ya tamamilə aradan qaldırılacağına əminlik yaradır. Məhz bundan sonra diffamasiya qanununun qəbulu reallaşa bilər.
Ancaq onu da əlavə etməliyəm ki, son zamanlar konkret cinayət əməli törətmiş şəxslərin jurnalist olduğuna görə azad edilməsi tələbi də irəli sürülür. Azərbaycan qanunvericiliyində hər hansı təbəqənin nümayəndəsi və ya peşənin sahibi olduğuna görə cinayət məsuliyyətindən azad edilmə mexanizmi nəzərdə tutulmayıb. Yox, əgər məhkəmə qərarından narazılıq varsa, onda məsələ ilə bağlı daha yuxarı instansiyaya və sonda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək olar.
- 2009-cu il daha hansı əlamətdar hadisələrlə yadda qaldı?
- 2009-cu ilin ən mühüm hadisələrindən biri kimi 18 mart Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum qeyd edilməlidir. Konstitusiya islahatları Azərbaycan xalqının suverenliyi, gələcək demokratik və iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyət daşıyan, sosial, iqtisadi, siyasi, hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davamına əlverişli təminat yaradan siyasi akt oldu. Yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını təkmilləşdirərək, əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində dövlətin məsuliyyətini artırdı, onun üzərinə yeni öhdəliklər qoydu. Referendum həm də xalqın Azərbaycan Prezidentinə, onun fəaliyyətinə yüksək etimadının göstəricisi oldu. Qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin xalqın tam əksəriyyəti tərəfindən dəstəklənməsi seçkilər, çoxsaylı rəy sorğuları ilə yanaşı, müstəqil araşdırmaların nəticələrində də öz əksini tapıb. Bu ilin ortalarında Portlend Dövlət Universitetinin siyasi elmlər üzrə dosenti Bryus Cillinin “Hakimiyət hüququ” adlı kitabında apardığı analizin nəticələri göstərir ki, hakimiyyətin legitimliyi göstəricisi baxımından Azərbaycan dünyanın 72 ölkəsi arasında 9-cu yeri, o cümlədən Mərkəzi və Şərqi Avropanın 21, eləcə də MDB-nin Avropa hissəsindəki bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutur və yalnız bir neçə inkişaf etmiş ölkədən geri qalır.
Bu ilin mühüm hadisələrindən biri də dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri oldu. Azərbaycanda artıq 3-cü dəfədir ki, bələdiyyə seçkiləri keçirilir və özünüidarəetmə orqanı kimi bələdiyyələr mühüm funksiyalar yerinə yetirirlər. Seçkilərin nəticələri ilə bağlı həm yerli, həm də beynəlxalq müşahidəçilərin rəyləri göstərdi ki, seçkilər tam demokratik, seçici fəallığı şəraitində baş tutub. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin açıqlamasında seçkilərin yüksək texniki səviyyədə təşkili, ciddi qanun pozuntularının müşahidə olunmaması, seçki komissiyalarının hazırlığı pozitiv hallar kimi qeyd edilib. Seçkilərin əvvəlki illərə nisbətən daha yaxşı keçirildiyi xüsusi vurğulanıb. Həmçinin, bələdiyyə seçkilərinə marağın artırılması, seçki bülletenlərinin təkmilləşdirilməsi, təşviqatın daha yüksək səviyyədə təşkil olunması ilə bağlı tövsiyələr səsləndirilib. Bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın təzahürü, yüksək seçki mədəniyyəti nümunəsi olmaqla yanaşı, həm də seçki təcrübəsinin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi xarakterizə edilməlidir.
Bildiyiniz kimi, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. Bununla əlaqədar Bakıda `müsəlman dövlətlərinin mədəniyyət nazirlərinin beynəlxalq konfransı, İSESCO həftəliyi, doqquz islam ölkəsinin mədəniyyət günləri, Beynəlxalq muğam festivalı və digər tədbirlər keçirildi.
Digər mühüm hadisə kimi Naxçıvan Muxtar Respublikasında keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının lX Sammitini qeyd etmək olar. İlk dəfə idi ki, türkdilli dövlət başçılarının toplantısı paytaxtdan kənarda keçirilirdi. Bu, qardaş ölkələrin Azərbaycana etibarı və inamının təzahürü, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə, o cümlədən türkdilli dövlətlər arasında yüksək nüfuzunun əyani göstəricisi idi. Sammit türkdilli ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə mühüm töhfə olmaqla yanaşı, həm də vacib qərarların qəbulu ilə yadda qaldı.
Artıq əminliklə demək olar ki, müstəqil Azərbaycanın inkişaf tarixinin mühüm bir mərhələsi geridə qaldı. Bu mərhələdə dövlətçiliyimiz daha da möhkəmləndi, sabit, demokratik siyasi sistem formalaşdı, ölkəmiz sürətlə inkişaf etdi, dövlətlər birliyinin tamhüquqlu və nüfuzlu üzvünə çevrildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildi. Vətəndaş cəmiyyəti quruculuğunu, demokratikləşməni inkişafımızın başlıca şərti hesab edən cənab İlham Əliyevin həyata keçirdiyi siyasət vətəndaşların öz hüquq və azadlıqlarından tam istifadə etməsinə etibarlı təminat yaradıb. Dövlət başçısının iqtisadi doktrinası sayəsində ölkədə formalaşmış makroiqtisadi sabitlik, güclü iqtisadi baza, böyük maliyyə resursları, inkişaf edən insan kapitalı növbəti illərdə qarşımızda duran hədəflərə doğru sürətlə irəliləyişin başlıca şərtləridir.

1011