Selin Dion böyük səhnəyə qayıdışa  hazırlaşır
24 mart 2026 19:15 (UTC +04:00)

Selin Dion böyük səhnəyə qayıdışa hazırlaşır

0

2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində, Edit Piafın “Hymne A L’Amour” mahnısını Eyfel qülləsini önündə möhtəşəm şəkildə ifa etdikdən sonra Selin Dion Parisdə böyük qayıdışa hazırlaşır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kampaniyanın başlanğıcı şəhərin müxtəlif yerlərində Dionun “Pour que tu m’aimes encore” və “Power of Love” kimi məşhur mahnılarının adları yazılmış plakatlarla elan olunub.

Konsertlər bu payız Paris La Défense Arenada keçiriləcək. Bu səhnədə daha əvvəl Teylor Svift, The Rolling Stones və Kendrik Lamar çıxış ediblər.

Məlumata görə, Dion sentyabr və oktyabr aylarında hər həftə iki konsert verəcək və bu 40 min nəfərlik məkanda baş tutacaq.

Əslində bu konsertlər 2020-ci ildə “Courage” turu çərçivəsində planlaşdırılmışdı, lakin pandemiya səbəbilə təxirə salınmış, daha sonra isə müğənninin sağlamlıq problemləri səbəbindən yenidən ertələnib. 2022-ci ildə Dionda Stiff  Person Syndrome diaqnozu qoyulub - bu nadir nevroloji və autoimmun xəstəlik əzələlərin sərtləşməsinə səbəb olur və yerimə və oxuma qabiliyyətini məhdudlaşdırır.

Onun xəstəliklə mübarizəsi 2024-cü ildə yayımlanan “I Am: Celine Dion” sənədli filmində əks olunub. Filmin rejissoru İren Teylordur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar