Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNİB
07 mart 2026 17:30 (UTC +04:00)

Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNİB

0

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlər Şurasının qeyri-rəsmi iclası çərçivəsində görüşüb.

***
09:02

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən Lent.az-a verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar