Bu rayonlara gedənlərin NƏZƏRİNƏ:  Yolda duman var
24 mart 2026 11:12 (UTC +04:00)

Bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yolda duman var

0

Martın 24-ü saat 11:00-olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, martın 23-ü günün birinci yarısında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar