“Can Azərbaycan döyüş meydanında və diplomatiya masasında əhəmiyyətli qələbə əldə etdi”.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
“Bu uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla tək millət, tək ürək olmağa davam edəcəyik”, - Türkiyə XİN başçısı qeyd edib.