Yuxusuzluq münasibətlərdə qəzəbi və digər mənfilikləri artırır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Villanova Universitetinin psixoloqları yuxusuzluğun romantik və ailə münasibətlərinin müxtəlif aspektlərinə təsirini aydınlaşdıran təcrübə aparıblar.
Eksperimentə evli və ya uzunmüddətli münasibətdə olan universitet tələbələri və digər qruplar cəlb olunub. Məlum olub ki, bir ay ərzində xroniki olaraq yuxusuz qalan könüllülər həyat yoldaşı yaxud partnyoru ilə qarşılıqlı əlaqənin müxtəlif aspektlərini mənfi şəkildə qəbul etməyə başlayıblar.
Xüsusilə, yuxusuzluqla əlaqəli qəzəb səviyyəsində artım müşahidə olunub. Mənfilik həm tərəfdaşın özünə, həm də ətrafındakılara, həyatın müxtəlif amillərinə yönəldilib. Xoşməramlılıq, anlayış, kömək etmək istəyi, tərəfdaşa dəstək olmaq, hətta cinsi yaxınlıq və məmnunluq keyfiyyəti azalıb.