Yetkinlik dövründən siqaret çəkən oğlanlara XƏBƏRDARLIQ
31 avqust 2023 13:44 (UTC +04:00)

Yetkinlik dövründən siqaret çəkən oğlanlara XƏBƏRDARLIQ

Böyük Britaniyanın Sauthempton və Norveçin Bergen Universitetlərinin alimlər qrupu müəyyən ediblər ki, erkən yeniyetməlik dövründə siqaret çəkməyə başlayan oğlan uşaqları gələcək uşaqlara zərərli epigenetik xüsusiyyətləri ötürmək riski daşıyırlar.

Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırma “Clinical Epigenetics” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 7-50 yaş arası 875 nəfərin epigenetik profilini araşdırıb, həmçinin onların atalarının siqaret çəkib-çəkmədiyini öyrəniblər. Həkimlər ataları ilk dəfə 15 yaşından əvvəl siqaret çəkən insanların genlərində dəyişikliklər aşkar ediblər. Genetik transformasiyalar astma, piylənmə və tənəffüs zamanı xırıltının inkişafı ilə əlaqələndirilib.

Tədqiqatın həmmüəllifi, doktor Nequs Kitabın sözlərinə görə, erkən yetkinlik dövründə oğlan uşaqlarında reproduktiv funksiyalara və irsiyyətə cavabdeh olan kök hüceyrələr qoyulur. Buna görə də, ataları erkən yaşda siqaret çəkən uşaqlarda epigenetik markerlərdəki dəyişikliklər yetkinlik dövründə siqaret çəkməyə başlayan kişilərin övladlarına nisbətən daha çox nəzərə çarpıb.

Alimlər qeyd ediblər ki, araşdırmanın nəticələri əhalinin sağlamlığı üçün ciddi fəsadlardan xəbər verir. Erkən yeniyetməlik dövründə siqaret çəkmək gələcək nəsillərin sağlamlığına onilliklər ərzində zərər verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar