Yaşlı qadınlarda yıxılma və sınıq riskini azaltmağın YOLLARI
24 may 2023 04:25 (UTC +04:00)

Yaşlı qadınlarda yıxılma və sınıq riskini azaltmağın YOLLARI

 

Şərqi Finlandiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, birlikdə məşq etmək yaşlı qadınlarda yıxılma və bununla bağlı xəsarətlərin qarşısını alır.

Lent.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, tədqiqat "Age and Aging" jurnalında dərc olunub.

Tədqiqatçılar Kuopio şəhəri (Finlandiya) ilə əməkdaşlıq edərək, orta hesabla 76,5 yaşlı 914 qadını əhatə edən böyük bir araşdırma aparıblar. 

Ümumilikdə 1380 yıxılma qeydə alınıb. Bunların demək olar ki, yarısı düz səthlərdə, çox vaxt sürüşmə səbəbindən baş verib. 

Hər iki qrupda qadınların təxminən 60% -i müşahidə dövründə ən azı bir dəfə yıxılıb. Bununla belə, məşq qrupu bütövlükdə nəzarət qrupuna nisbətən 14,3% daha az yıxıldı və qapalı yerlərdə 25,6% daha az yıxıldı.

Şiddətli ağrıya səbəb olan yıxılmaların sayı nəzarət qrupuna nisbətən 41%, sınıqla nəticələnən yıxılmaların sayı isə 38% az olmuşdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar