Xroniki stressin  ciddi nəticələri   barədə XƏBƏRDARLIQ
11 dekabr 2023 13:59 (UTC +04:00)

Xroniki stressin ciddi nəticələri barədə XƏBƏRDARLIQ

Xroniki stressin ciddi nəticələri barədə xəbərdarlıq edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə endokrinoloq Elena Qubkina xroniki stressin insanı necə təhdid etdiyindən danışıb.

Nəticələrin siyahısına ciddi sağlamlıq problemləri daxildir. Uzun müddət davam edən emosional stress vəziyyətinə görə psixikada və daxili orqanların işində pozğunluqlar baş verir. Onun sözlərinə görə, insan tez yorulur, zəif yatır, tez-tez baş ağrılarından əziyyət çəkir və nəhayət, immuniteti aşağı düşür.

Uzun müddət davam edən stressin təsiri altında sinir və endokrin sistemlərin funksiyası pozula bilər ki, bu da öz növbəsində infarkt və insult riskini artırır.

Bu baxımdan, Qubkina stress səviyyəsini azaltmaq üçün düzgün yemək, idman etmək və istirahət etməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

Fidan İlqar

Oxşar yazılar