Xərçəngin inkişafını  göstərə bilən səhər əlamətləri
14 yanvar 2026 14:15 (UTC +04:00)

Xərçəngin inkişafını göstərə bilən səhər əlamətləri

0

Onkoloji xəstəliklər erkən mərhələlərdə demək olar ki, hiss olunmadan inkişaf edə bilər. Buna görə də orqanizmin verdiyi “işarələrə” diqqət yetirmək çox vacibdir.

İngiltərədən həkim Debora Li oyandıqdan qısa müddət sonra ortaya çıxan və həkimə təcili müraciət etməyi tələb edən iki simptomun adını çəkib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, səhərlər baş ağrısı çox narahatedici əlamətdir. Əgər axşam miqrenlərinin bir çox səbəbi ola bilərsə, oyandıqdan sonra yaranan baş ağrısı çox vaxt beyin şişlərinə işarə edir.

Həkim izah edir ki, belə ağrı gecə yuxusu zamanı beyin-omurilik mayesinin beyində toplanması nəticəsində yaranır, çünki şiş onun normal qan dövranını (axınını) qismən bloklayır. Bu tip baş ağrısı gün ərzində tədricən azalmaq meyli göstərir.

Alimlər daha əvvəl müəyyən ediblər ki, beyin xərçəngi olan pasiyentlərin 77 faizdən çoxu baş ağrısından əziyyət çəkir. Üstəlik, bu gərginlik tipli baş ağrısının əsas əlaməti onun başın hər iki tərəfində hiss olunmasıdır.

Beyin şişlərinin digər açıq əlamətlərinə bunlar daxil ola bilər:
qıcolmalar, özünü pis hiss etmə və ürəkbulanma, yuxululuq hissi, yaddaş zəifləməsi, bədənin bir tərəfində keyimə və zəiflik, nitqdə çətinlik və görmədə dəyişikliklər. Öskürək ağciyər xərçənginin əsas əlamətlərindən biri sayılır və bu simptom səhərlər daha da güclənə bilər.

Ağciyər xərçəngi zamanı şiş tənəffüs yollarını qismən bağlaya və gecə ərzində seliyi (bəlğəmi) içəridə saxlaya bilər. Lakin öskürəyin səbəbləri çox ola bilər və səhər öskürəyi mütləq ölümcül xəstəliyə işarə etmir. Amma həkim müayinəsindən keçmək mütləq lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar