Xərçəngi öldürən  göbələk növləri
27 noyabr 2024 10:14 (UTC +04:00)

Xərçəngi öldürən göbələk növləri

Traz-uş-Montiş və Alto-Doro universitetlərindən olan portuqaliyalı tədqiqatçılar ağ göbələklər və şampinyonların şiş əleyhinə təsirə malik olduğunu müəyyən ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər iddia edirlər ki, anion mübadilə xromatoqrafiyası üsulu göbələklərdə BEDA və BEDB, eləcə də ABIA-nın xüsusi hissələrini aşkar etməyə imkan verib. Onların köməyi ilə mikroelementlər orqanizmdə xərçəng hüceyrələrinin fəaliyyətini azalda bilər.

Tədqiqat göbələklərdə olan bəzi ABIA-nın həddindən artıq istehlak edildikdə sağlam hüceyrələr üçün zəhərli hala gəldiyini vurğulayır. Xərçənglə mübarizə zamanı orqanizm beləcə özünü məhv etməyə başlayır.

Alimlər hesab edirlər ki, elm xərçəng hüceyrələrinin və hüceyrə fraksiyalarının insan üçün faydalı xüsusiyyətlərini daha dolğun müəyyən etmək üçün onların davranışının əlavə təhlilinə ehtiyac duyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar