Gənc bir embrionun ürəyinin ilk saniyələrinin tədqiqatı bir çox maraqlı faktları öyrənməyə imkan verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları zebra balığı embrionunda ürək döyünməyə başladığı andan yeni bir sirri açmaqda əhəmiyyətli irəliləyiş əldə ediblər.
Məlumata görə, zebra balığı embrionu inkişaf etməyə qədəm qoyandan cəmi 20 saat sonra onun ürək hüceyrələri fəaliyyətə başlayır və orqana dəstək olmaq üçün uzunmüddətli proseslərə başlayır. Alimlər bu məqamı müasir mikroskoplar vasitəsilə rüşeym daxilində həyatın əmələ gəlməsini müşahidə edərkən araşdırıblar. Onlar ürəyin tam formalaşmış bir quruluş əldə etməzdən əvvəl döyünməyə başladığını müəyyən ediblər.