Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti
29 fevral 2024 05:58 (UTC +04:00)

Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti

Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir.

APA xəbər verir ki, bu fikir Türkiyənin Mersin Universitetinin Diş Həkimliyi Fakültəsinin dekanı, professor Dr.Fethi Atılın mövzu ilə bağlı araşdırmasında yer alıb.

Professor qeyd edib ki, ağız nahiyəsi qidalanma baxımından insan üçün önəmli bir sahədir. İnsan ağzını nə qədər sağlam tutarsa, psixoloji və sistemli olaraq bir o qədər rahat olar. Davamlı infeksiyaya səbəb olan bəzi hallar yaşana bilər. Yalnız ürək deyil, böyrəklər, qaraciyər və beyin də mənfi təsirlərə məruz qala bilər.

“Əvvəllər diş çəkilişi insanlar tərəfindən adi bir hal kimi qarşılanırdı. Lakin çağdaş dövrümüzdə diş sağlamlığına daha çox fikir verilir. Hazırkı dövrlə müqayisədə əvvəllər diş həkiminə gedən insanların sayı daha çox idi. Zaman-zaman bu azaldı. İnsanlar diş sağlamlığını qorumaq üçün əllərindən gələni edirlər.

Ağız və diş sağlamlığı bir sıra xəstəliklərdə əhəmiyyətli amildir. Bu səbəbdən hər kəs ən azı altı aydan bir diş həkiminə getməlidir. Ağızda olan hər hansı bir çürük və ya infeksiya ürəyə, böyrəklərə, qaraciyərə, beyinə və sair kimi orqanlara mənfi təsir göstərə bilər. Buna görə də həmin problemin qarşısını öncədən almaq əhəmiyyətli olar”, - deyə professor vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3552
avatar

Oxşar yazılar