Kardioloq Nik Vest hər gün oyandıqdan dərhal sonra səhər yeməyi yeməyi təşviq edir. O, ürəyinizin fəaliyyətini yaxşılaşdırmağa və onu xəstəliklərdən qorumağa kömək edəcək ən yaxşı səhər yeməyi variantından danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər səhər əsas yeməyin (omlet, pendir və tərəvəzli tost) tərkibində çoxlu lif və vitamin olan, şəkəri az olan meyvələr əlavə edir.
Bunlar hər hansı giləmeyvə, alma, ananas ola bilər. Bunlara əlavə lif tərkibi üçün az yağlı qatıq və qranola əlavə etmək olar. Səhər yeməyinizi tərəvəz və göyərti də əlavə etmək faydalıdır, belə məhsullarda çoxlu vitaminlər, mikroelementlər və lif var.
Həkimin hər kəsə verdiyi əsas tövsiyələrdən biri şəkərlə zəngin qidaları səhər yeməyindən çıxarmaq, gün ərzində isə şəkər qəbulunu minimuma endirməkdir. Yadda saxlamaq lazımdır ki, bəzən şəkər metabolik ehtiyaclar, o cümlədən əzələ daralması və hüceyrə funksiyalarını aktivləşdirmək üçün lazımdır. Amma bu miqdarı gündəlik yeməklərdən və meyvələrdən asanlıqla əldə etmək olar.
Səhər yeməyində çay və ya kofe içməyi də tövsiyə edir. Hər iki içki qan təzyiqini aşağı salır və canlandırır.