Tualetə telefonla girənlərə XƏBƏRDARLIQ
10 oktyabr 2023 11:37 (UTC +04:00)

Tualetə telefonla girənlərə XƏBƏRDARLIQ

Qastroenteroloq Saurabh Sethi xəbərdarlıq edib ki, əlinizdə telefonla ayaqyoluna girsəniz, bir sıra sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkim bu barədə çıxış etdiyi videosunu sosial şəbəkədə yayıb.

Sethinin sözlərinə görə, tualetə telefonla getmək məsləhət görülmür. Çünki xəbərləri oxuyan və ya qacetdə oyun oynayan insan tualetdə daha çox vaxt keçirir: 

“Belə etmək düz bağırsaqda və anusda gərginlik, həmçinin təzyiqə səbəb olur ki, bu da öz növbəsində hemoroid, anal çatlar və rektal prolapsa səbəb ola bilər”. 

Bundan əlavə, qastroenteroloq bildirib ki, tualetdə təhlükəli bakteriyalar telefonun səthinə keçə bilər ki, bu da xəstəliyə səbəb olur:

“Ən azı, işiniz bitdikdən sonra telefonunuzu silmək üçün bir az dezinfeksiyaedici vasitə saxlayın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

Oxşar yazılar