Tərəvəz və meyvələri yoluxduran təhlükəli bakteriyalarla bağlı  XƏBƏRDARLIQ
22 noyabr 2023 19:15 (UTC +04:00)

Tərəvəz və meyvələri yoluxduran təhlükəli bakteriyalarla bağlı XƏBƏRDARLIQ

Alimlər apardığı yeni araşdırma tərəvəz və meyvələrimizin qida ilə əlaqəli xəstəliklərə səbəb ola biləcək zərərli bakteriyalarla çirklənmə riski altında olduğunu müəyyən edib.

1960-cı illərin əvvəllərindən etibarən bu qidaların istehlakı əhəmiyyətli dərəcədə artıb və bununla da qida ilə bağlı xəstəliklərin tezliyi yüksəlib. Norovirus və müxtəlif bakteriyalar, o cümlədən Listeria, E. coli və Salmonella, AB və ABŞ-da meyvə və tərəvəzlərin çirklənməsinin əsas səbəbləri kimi müəyyən edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qida yoluxucu xəstəliklərə səbəb olan bakteriyalar bitkilərə yapışıb onların səthində yaşaya bilir. Təmizləmə üsullarına davamlı olan və hətta bitki toxumasına nüfuz edən biofilmlər əmələ gətirir, bu da onların qida səthlərindən çıxarılmasını çətinləşdirir. Bitkilər də öz növbəsində immunitet sistemini aktivləşdirərək və bakteriyaların təsirini əngəlləyərək özlərini qorumağa çalışırlar.

Artan əhali və urbanizasiya ilə məhsulun patogenlər tərəfindən çirklənmə riski əhəmiyyətli dərəcədə artır. Buna görə də, effektiv qarşısının alınması strategiyaları hazırlamaq üçün bitkilər və bakteriyalar arasında qarşılıqlı əlaqəni anlamaq vacibdir. Bu sahədə dərin tədqiqatlar daha təhlükəsiz qida istehsalı üsullarının yaradılmasına və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Fidan İlqar

Oxşar yazılar