Təhlükəli xəstəliyin  yeni ştammı   aşkar edildi:  Pandemiyaya   səbəb ola bilər
21 aprel 2024 19:42 (UTC +04:00)

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar “pandemiya potensialına” malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni “meymun çiçəyi” ştammını aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlər və yeni ştammın bütün dünyada yayılmasının qarşısını almaq üçün "təcili tədbirlərə" nəzarət etməyə çağırırlar, çünki cinsi əlaqə yolu ilə insanlar arasında daha aktiv şəkildə yayılma potensialına malikdir. Lakin onun bəzi mutasiyalarını mövcud tibbi testlərdən istifadə etməklə aşkar etmək çətindir.

Qeyd edilir ki, bu ştamın Konqoda yaranması ciddi narahatlıq doğurur, çünki onun yayılma dinamikası və yoluxma nümunələri yüksək ötürücülük qabiliyyətini və sağlamlığa təhlükə olduğunu göstərir.

Yeri gəlmişkən, “meymun çiçəyi” xəstəliyinin insanlar üçün təhlükəsi virusun növü və insanın immun sisteminin vəziyyəti də daxil olmaqla bir neçə amildən asılıdır. Xəstəliyin əlamətləri fərqli ola bilər, lakin adətən dəri döküntüsü, qızdırma, yorğunluq, əzələ ağrısı və baş ağrısı daxildir. Daha ciddi hallarda xəstəlik beynin iltihabı (ensefalit) və ya beyin qişasının iltihabı (meningit) kimi ağırlaşmalara səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

Oxşar yazılar