Süd sağlamlıq üçün risklər yaradır – ARAŞDIRMA
22 dekabr 2023 10:49 (UTC +04:00)

Süd sağlamlıq üçün risklər yaradır – ARAŞDIRMA

Hollandiyalı alimlər müəyyən ediblər ki, prediabet tez-tez süd içən insanları təhdid edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət bir insanın hələ şəkərli diabeti olmadığı, lakin şəkərin o qədər də yaxşı udulmadığı zaman karbohidrat mübadiləsinin pozulmasından gedir.

Araşdırmada orta yaş həddi 46 olan 74 mindən çox insan iştirak edib. Alimlər onların həyat tərzini, vərdişlərini və istehlak etdikləri süd məhsullarının, o cümlədən qatıq, kefir, dondurma, pendir və s. Könüllülərin sağlamlıq vəziyyəti qan analizləri ilə izlənilib.

Araşdırma nəticəsində məlum olub ki, süd içmək prediabet riskini artırır. Və nə qədər yağlı olmasının əhəmiyyəti yoxdur. Halbuki tam yağlı qatıqlar tam əksinə hərəkət edərək, karbohidrat mübadiləsi pozğunluqlarının inkişaf ehtimalını azaldır. Bu, xüsusilə 60 yaşdan yuxarı insanlar üçün doğrudur.

Endokrinoloq Zuxra Pavlova bu araşdırmanın nəticələrini şərh edərkən qeyd edib ki, o, inək südü içməyin qatı əleyhdarıdır. O, inək südünün insan orqanizmində beta-kazomorfin 7 peptidinə çevrilən A1 kazeini olduğunu izah edib. Daimi istifadə ilə bu peptid mədə-bağırsaq traktının peristaltikasını ləngidir, iltihabı təhrik edir, bu da ürəyin işemik xəstəliklərinə səbəb ola bilərZ:

“Bu məhsulu yaxşı əvəz edən bitki analoqlarıdır. Ən azı, inək südündən fərqli olaraq, onların tərkibində mütləq zərərverici zülal beta-kasomorfin 7 yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Fidan İlqar

Oxşar yazılar