Gündəlik stress, ağır iş, ailə problemləri psixikanı poza, idarəolunmaz narahatlıq, depressiya, yuxu pozğunluğu və nevrozlara səbəb olur.
Lent.az xarici KİV-ə istiadən xəbər verir ki, psixiatr Alana Baeva bunun öhdəsindən asanlıqla gəlməyin yolunu açıqlayıb.
Onun sözlərinə görə, özünüzü daha tez-tez sevindirmək və müsbət emosiyalar verən vəziyyətlər yaratmağa çalışmaq vacibdir. Həkim özünüzü ləzzətli bir desertlə sevindirməyi, xoş filmlərə baxmağı, yaxınlarınızı daha tez-tez qucaqlamağı tövsiyə edib. Bu kiçik sevinclər emosional dolğunluq hissini qaytarır və həyatınıza daha yaxşı hisslər qatır.
Nəfəs alma məşqləri, kifayət qədər yuxu, fiziki fəaliyyət və təmiz havada gəzintilər də kömək edə bilər. Problemləri yaxın dostlarla bölüşmək, özünüzü təcrid etməmək və lazım gəldikdə psixoloqlardan kömək istəmək də vacibdir.