Toronto Universitetinin tədqiqatçıları inək südünün soya südü ilə əvəz edilməsinin sağlamlığa necə təsir etdiyini öyrənmək üçün 500-dən çox insanın iştirak etdiyi əvvəlki 17 araşdırmanın geniş təhlilini aparıblar.
Lent.az xəbər verir ki, hər təcrübədə iştirakçılar dörd həftə ərzində hər gün 500 ml inək və ya soya südü içiblər.
Əldə olunan nəticələr inək südünün soya südü ilə əvəz edilməsinin bir sıra əsas sağlamlıq göstəricilərinə müsbət təsir göstərdiyini göstərib. Soya südü istehlak edən bütün iştirakçılar xolesterol, qan təzyiqi və iltihab markerlərində azalma yaşadılar. Bu təsirin ən mühüm amillərindən biri soya südünün inək südündən təxminən 60% daha az şəkər ehtiva etməsi idi.
Alimlər deyirlər ki, toplanan sübutlar inək südünün soya südü ilə əvəz edilməsini dəstəkləyir. Çünki bu, qan lipidlərini yaxşılaşdırmağa, qan təzyiqini normallaşdırmağa və böyüklərdə iltihabı azaltmağa kömək edə bilər.