Dəri mütəxəssisi Tatyana Romanenko solğun dərinin hansı xəstəliklərin əlaməti ola biləcəyini deyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis belə bir simptomun anemiya, ürək, qan damarları və böyrəklərlə bağlı problemlər zamanı müşahidə edildiyini bildirib.
Eyni zamanda dərinin solğunlaşmasının ən çox rast gəlinən səbəbi dəmir və B vitaminlərinin çatışmazlığıdır:
“Əgər qırmızı qan hüceyrələri, hemoqlobin azdırsa, eləcə də qan kifayət qədər oksigenlə doymursa, təbii ki, dəri solğun və quru olacaq”.
Solğun dəri də ateroskleroz və ya ürək çatışmazlığı barədə xəbərdarlıq edə bilər:
“Dəri solğun ola bilər, bəzən hətta mavi dodaqlar da müşahidə olunur. Əzalar nəinki solğunlaşır, həm də artıq mavi rəngə boyanır”, - Romanenko aydınlıq gətirib.
Terapevt əlavə edib ki, bir insanın böyrəklərində problem varsa, şişkinlik yarana bilər, qan damarları daralır və nəticədə dərinin rəngi dəyişir.