Smartfonlardan bu formada istifadə xərçəngə səbəb olur
14 noyabr 2023 11:20 (UTC +04:00)

Smartfonlardan bu formada istifadə xərçəngə səbəb olur

Yatmazdan əvvəl qadcetlərdən istifadə ürəyinizin fəaliyyətini poza və ümumi sağlamlığınızı pisləşdirə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həkim Aleksandr Myasnikov danışıb.

Həkimlər yatmazdan əvvəl qadcetləri söndürməyi məsləhət görürlər. Mütəxəssislər elektron cihazın ekranından mavi işığın gözlərə təsirinin təhlükəli olduğunu vurğulaylb.

"Gözlərimizdə xüsusi olaraq bu mavi işıq üçün reseptorlar var - onlar yuxu hormonu olan melatoninin istehsalını maneə törədir. Təkcə yuxu hormonu deyil. O, həm də bədənimizdə bir çox prosesləri tənzimləyən hormondur və onun çatışmazlığı xərçəngə səbəb ola bilər. " həkim Aleksandr Myasnikov xəbərdarlıq edir.

Bundan əlavə, yatmazdan əvvəl qadcetlərdən istifadə ürəyin fəaliyyətini pisləşdirir. Yuxunun ən yaxşı dərman olduğu bilinir, buna görə də bədəninizə düzgün istirahət etmək imkanı verməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar